AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionlarımızın sosial-iqtisadi inkişafı daima diqqət mərkəzindədir

  • + A
  • - A
  • 25-09-2020, 09:53


    Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2019-2023)” bu gün hər bir sahədə uğurla həyata keçirilir..

    Bu gün respublikamızda Dövlət Proqramı xətti ilə regionlarımızın inkişafı üçün ölkədə uğurla həyata keçirilən layihələr davamlı sosial-iqtisadi inkişaf strategiyamızın əsas tərkib hissəsidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, makroiqtisadi sabitliyin təmin olunmasına, bunlar da öz növbəsində, rayonlarda əhalinin məşğulluğunun artırılmasına təkan vermişdir.

    Qeyd edim ki, “qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının təmin edilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər, görülmüş genişmiqyaslı işlər regionların davamlı şəkildə inkişafı üçün möhkəm zəmin yaradıb”.

    Eyni zamanda, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafının təmin edilməsi iqtisadiyyata investisiyaları cəlb etməklə yanaşı, əlverişli investisiya mühitində bazar iqtisadiyyatının səmərəli və stabil fəaliyyətini yaxşılaşdırıb.
    Məhz, investisiyaların qeyri-neft sektoruna və regionların inkişafına yönəldilməsi, respublikada investisiya fəaliyyətinin sosial istiqamətini olduqca gücləndirilmiş, insan kapitalı ilə paralel olaraq, infrastruktura qoyulan investisiyaların prioritetliyinin təmin etmişdir.

    Hər birimizə məlumdur ki, uzunmüddətli Dövlət Proqramları çərçivəsində, regionlarımızda, xüsusilə paytaxt kəndlərimizdə mədəni irsin qorunması, qloballaşma şəraitində mədəni çeşidliliyin inkişafı, tarix və mədəniyyət abidələrinin bərpası, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin yaxşılaşdırılması, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər həyata keçirilib və davam etməkdədir.

    Məlum olduğu kimi, “bu gün, bu layihələrin aparıcı qüvvəsi, təşəbbüskarı, təşkilatçısı, əsas maliyyə yükünü qarşılayan Azərbaycan dövlətidir. Həyata keçirilən genişmiqyaslı bütün proqramlar ümumiyyətlə, görülən işlərin hər biri ölkə rəhbərimizin Azərbaycan xalqı qarşısında böyük xidmətləridir və bunların hər biri ayrı-ayrılıqda tarixi əhəmiyyət daşıyır.” Əlbəttə ki, müstəqil dövlətimizin qurucusu, müasir inkişafın Azərbaycan modelinin müəllifi Ulu Öndər Heydər Əliyev strategiyasının bu gün ölkə rəhbəri prezident İlham Əliyev tərəfindən həyata keçirilməsi nəticəsində, siyasi və makroiqtisadi sabitliyə nail olmaqla bərabər iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmış, beləliklə, bütün sahələrdə böyük uğurlar qazanılmışdır.

    Lakin hal-hazırda, beynəlxalq aləmdə qlobal problem olan COVİD-19 virusunun yayılması- Koronavirus pandemiyası davam edir və hamı kimi bunun nə vaxt sona yetəcəyi, sosial-iqtisadi həyatın əvvəlki vəziyyətinə nə vaxt qayıdacağı kimi narahat suallar hər birimizi düşündürür. Hər bir halda, koronavirus pandemiya dövrü bütün ölkələrdə olduğu kimi Azərbaycan iqtisadiyyatına da zərər vurub lakin, dövlətimiz bütün mümkün vasitələr ilə ölkədə makroiqtisadi sabitliyə nəzarət edir, valyuta ehtiyatlarından bacardıqca az istifadə edib, valyuta bazarında dalğalanmaya imkan verməyərək manatının məzənnəsini qoruyur və bütün mümkün addımları atır.

    Hər bir halda, ölkə iqtisadiyyatımızın bundan sonrakı mərhələdə, pandemiyanın iqtisadi zərərlərindən qorunmasının bir yolu da, sahibkarların yeni iqtisadi şəraitə uyğunlaşmasına dəstək tədbirlərinin bir qədər gücləndirilməsidir.

    Xülasə, pandemiya ilə bağlı qlobal iqtisadiyyatda baş verən dalğalanmalar hətta dünyanın aparıcı ölkələrində belə bizdəki kimidir, qeyd edim ki, bəzilərində daha betər hallar yaşanmağa davam edir. Ancaq əsas amillərdən biri də odur ki, iqtisadiyyata təsir edən önəmli məsələ təkcə COVİD-19 pandemiyası deyil, burada qlobal aləmdə yaşanan iqtisadi böhran daha mühüm rol oynayır.

    Ülkər Piriyeva - POLİTOLOQ


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR