AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TBMM Ərzurum Millət Vəkili İbrahim Aydemir AzadMedia.az-da Qarabağı anlatdı

  • + A
  • - A
  • 21-10-2020, 08:08

    TBMM Ərzurum Millət Vəkili İbrahim Aydemir AzadMedia.az-da Qarabağı anlatdı


    Türkiyə Böyük Millət Məclisi AK Partiya Ərzurum millət vəkili hörmətli İbrahim Aydemir AzadMedia.az-ın redaktoru Ülkər Piriyevaya Qarabağla bağlı açıqlamalarda bulunub.

    Müsahibəmizə başalamadan öncə, ilk növbədə, Türkiyə Böyük Millət Məclisi başqanı hörmətli Mustafa Şentopla birlikdə, Türkiyədən Azərbaycanı ziyarətə gələn Sizin timsalınızda bütün Türkiyəli millətvəkillərimizi, Azərbaycan millətvəkili Məşhur Məmmədovun timsalında bütün millətvəkillərimiz adına salamlayır, 83 milyonluq Türk xalqına, xüsusilə, ölkə rəhbəri Cənab prezident Rəcəb Tayyip Ərdoğana təşəkkürlərimizi bildiririk..
    Qardaş Türkiyənin mənəvi dəstəyindən duyduğumuz fərəh hissini ifadə edirik..

    1. Qarabağ problemi bir qanqren halına çevrildi. Niyə Minsk grupu tərəfindən Qarabağ problemi 30 il boyunca, öz həllinə qovuşdurulmadı?
    Əsl məqsəd nə idi?


    Öncəliklə, onu bildirmək istəyirəm ki, mən də Azərbaycanı ümumiyyətlə Türkiyədən ayırmıram. Öz vətənim kimi görürəm, Ərzurum nədirsə, Ankara nədirsə, Bakı da mənim üçün odur. Həqiqətəndə bu belədir. Biz eyni millətin fərqli nümunələri, fərqli bölümləriyik, ama nəticədə eyni millətik, biz.
    Belə ki, sizi mən, Ankaradakı hər hansı bir jurnalistdən fərqli görmürəm, Ülkər xanım. Təbii ki, bunu təkcə mən deyil, dünyada belə görmür, yəni fərqli görmür hər iki dövlətin jurnalistini. Fərqli görmədikləri üçün də, bunu edirlər. “Surəti həqiqətdən görünüb, amma həqiqətdə Türk millətinə qarşı bir mövqe sərgiləyirlər. Xüsusilə, düşmanlıq demirəm, bunu biraz daha estetik bir konsepsiya olsun deyə, “dünya əks mövqe” sərgiləyir demək istərdim. Və Ermənistanı, yaxud bizim qarşımızda kim olursa, onun yanında bir mövqe tuturlar. Çox aydındır, beləki, biz bu həqiqətə görə, davranmalıyıq. Davranış tərzimizi nə yaradacaq - təbii ki, güclü olmağımız. Qardaş olaraq bir-birimizin yanında olmalı və bu qüdrətli birliyimizi, həmrəyliyimizi bütün dünyaya göstərməliyik. Allahın izniylə bizim qarşımızda heç kim dayana bilməyəcək. Çünki mən buna inanıram, genetik kodlara kodlanan şeylərə inanıram. Və bunlar hər zaman qalıcı olur. Türk millətinin də genlərində əlbəttəki, insanlıq hisslərimizin olduqca yüksək olduğu, təbii ki haqqı, ədaləti üstün tutmaq bizim genetik kodlarımızda əzəldən vardır. Bir tərəfdən də başqa bir yönümüz var, söz vətən olarsa, çox qırıcı olarıq və gərəkli hər şeyi edərik. Səbrli bir millətik, 28 il səbr ettik. 30 ilə yaxın bir zaman dilimi keçdi aradan.
    Əgər, Minsk grupunu nəzərdə tutursunuzsa, həmişə dayandırıblar, həll etmədən dayandırıblar məsələni, hara qədər gedəcəkdi bu məsələ. Yəni, o Qarabağ erməniyə vətənmi olacaqdı. Buna görə, incəldiyi yerdən artıq qopsun demə nöqtəsinə gəlmişik. Və indi Azərbaycan ordusu orda qəhrəmanlıq dastanı yazır. Və tarixin hər nöqtəsində tarixlər yazmışıq. Növbəti, dastanı da orda yazırlar. Qarabağda.. Və ora, Qarabağ onsuzda bizim idi əzəldən, indi də işğaldan qurtarılır Azərbaycan ordusu tərəfindən. Və həqiqi sahiblərinə torpaqlar ən qısa zamanda geri dönəcəkdir. Baxın, 1 milyona yaxın insan qaçqın durumuna düçüb. Olarmı belə bir şey.. Buna səbr, səbr hara qədər.
    Bu gün cənab prezident İlham Əliyevlə görüşdük, orda da o, ürəyimizi fərəhləndirdi, o mənada ki, onun dilindən ürəyimizə rahatlıq bəxş edən ifadələr gördüm. Və bu halda, çox gözəl hislərlə ayrıldıq oradan.
    Bildiyiniz kimi Məclis başqanımız hörmətli Mustafa Şentop millətimizi təmsil edir, bu səfərimizdə. O da çox dəqiq ifadələrlə cənab prezidentimizin Türkiyədən mesajlarını gətirdi. Və sonuna, sonsuza qədər Azərbaycanın arxasındayıq.
    Ülkər xanım, eyni millət olmaqdan savayı, biz həm də Türkiyə olaraq, haqqın, ədalətin yanındayıq. 30 ildir köçkün insanlar..
    Dünən, millətvəkillərimizdən bir neçəsi ürək ağrıdan gerçəklərdən danışdı- dedilər ki, elə insanlar var ki, 30 ildir öz evinin açarlarını hələ də, saxlayır. Bu məqamlar olduqca sarsıdır adamı. Amma Allahın köməyi ilə, Şanlı Azərbaycan Ordusu Qarabağ torpaqlarını tezliklə, geri qaytaracaq və Qarabağ bütünlükdə Türk torpağı olacaqdır.



    Rusiya məsələsinə qayıdaq, bilirsiniz ki, iki dəfə Humanitar atəşkəs imzalandı, amma Ermənistan yenə də, etdi edəcəyini. Atəşkəs imzalanandan bir neçə saat sonra, pozdu atəşkəsi, Mingəçevir, Gəncə, Tovuz, Bərdə terror aktları.. Və daha nələr, nələr.. Dünya yenə susdu, lakin bunu bir tərəfə qoyarsaq,

    2. Sizcə, Rusiya həqiqətən, Qarabağ məsələsinin küklü həllini istəyirmi?

    Millət vəkili İbrahim Aydemir, “Əvvəla, bunu deyim ki, Rusiya tərəfindən istifadə olunan bu ifadəni olduqca dəyərli görürəm. Deməli, Ermənistan bizə yardım edin dediyində, Rusiya onlara, ”Sizə bir hücum yoxdur, o torpaqlar Azərbaycan torpağıdır” ifadəsini söyləmişdi. Baxın, bu çox önəmli idi.
    Mən belə görürəm, gücü konsentrasiya eləsəniz, güclü olarsınız, kim nə düşünürsə, qoy düşünsün, o məqama fikir verməmək lazımdır. Biz gücümüzü ortaya qoyaq, ki, indi qoyuruq. Bunu Azərbaycan üçün çox önəmli sayıram. Azərbaycan bu gün misli görünməmiş mübarizə metodu ortaya qoymaqdadır və bütün dünyaya göstərməkdədir ki, əsgərlik necə olur.
    Lakin ermənilər nə edir. Bayaq genetik kod məsələsinə toxunmuşdum, bəli erməninin də genetik kodu var. Amma erməninin genetik koduna kalleşlik yazılıb.

    3. Niyə ermənilər həmişə sivillərə qarşı terror həyata keçirirlər? Sizcə buraya 3-cü gücləri cəlb etmək istəyirlər yoxsa?


    Millət vəkili İbrahim Aydemir, “Əlbəttə ki, onlar bunu etməyə çalışırlar və tarix boyu belə etmişlər. Mən Ərzurumluyam və Ərzurumda yaşananları mən bilirəm. Böyüklərimizdən dinlədiyimdə, 6 ulu babamın ermənilər tərəfindən diri-diri yandırıldığını eşitmişəm. Amma ermənilər bu cür barbarlıqlarını həmişə türklərə yazmağa çalışır və türklər bizi yox etdi deməyə çalışdırırlar dünyanı.
    Belə bir halda, biz heç nəyə fikir verməyəcəyik. Cənab Əliyev, bu gün də qeyd etdi, “nə edirlərsə etsinlər, biz dinc əhaliyə qarşı yönəlməyəcəyik, biz ancaq savaş meydanında qəhrəmancasına sözümüzü deyəcəyik, hal-hazırda etdiyimiz kimi. Lakin bu gün, erməni hər zamankı kimi, öz genetik koduna yüklü nə varsa, onu ortaya qoyur. Onlar PKK-nın etdiyi kimi, körpələri qətl etdilər, 15 yaşında bir gənc qızı ad günündə qətl etdilər və daha nələr.. Bunlar da PKK kimi eyni vəziyyətin geri qalan hissələridir.
    Amma bir həqiqət var, bu kainatda. Allah məzlumun həmişə yanındadır.
    Bu gün ermənilərin Azərbaycanlılara qarşı ettiklərinə, Qarabağda etdiklərinə səs çıxarmayan kim varsa, onlar heç vaxt rifah dolu həyata çıxmayacaqlar.
    Belə ki, kim ki, Türk millətinə qarşı xainlik edir bir şəkildə cəzasını alır bu həyatda.

    4. İran məsələsinə toxunsanız, bu gün, təxminən 45 milyona yaxın cənubi azərbaycanlı yaşayır, İranda. Eyni zamanda, bizimlə qonşu ölkədir. Sizcə, İran nədən belə bir mövqedə dayanıb və əslində məqsədi nədir? İran hakimiyyəti düşünmürmü ki, 45 milyonluq azərbaycanlı yaşayır orda və onlar ayağa qalxarsa, nələr olar..

    Millət vəkili İbrahim Aydemir, “Çox dəqiq bir şey deyim, İrandakı türklər barədə mən bilirəm. Biz bilirik ki, İran dövləti uzun illər Türk imperatorluğu olaraq, idarə edilib. Amma biz bizə uzanan o xain əlləri aşkarlayıb, meydana qoyarıq. Əgər belə bir şey varsa təbii ki.. Amma İran bu gün, hava sahəsini qapaddıq deyir. Bu gün, hörmətli prezidentimiz də, qeyd etdi ki, həm Gürcüstan və həm də, Ermənistan hava sahəsini qapadıblar.
    Bizim dostluğumuzu alanlar bu həyatda qazanacaq, bu mütləqdir. Ülkər xanım, biz türklərin bu aləmdə, nizam vermə kimi bir davamız var. Nə deməkdir bu nizam. Yəni müntəzəm hala gətirmək.
    Amma nə olursa, olsun biz hər zaman müzəffər olmuşuq. Və sonuna qədər də, belə olacaqdır. Yəni, dünyaya nizam verəcək bir hala gəlmişik. Cənab prezidentimiz Ərdoğanında qeyd etdiyi kimi, “Dünya 5-dən böyükdür!” Elə bu gün Azərbaycan o hala gəldi və bu gün, Azəbyacanının öz dogma torpaqları Qarabağda sərgilədikləri qəhrəmanlıq savaşı, təkcə, Azərbaycanın öz dogma torpaqlarını işğaldan azad etmək savaşı deyil, bu eyni zamanda bu hürr dünyadakı, bütün məzlum millətlərə də, nümunə ola biləcək bir mübarizə və qəhrəmanlıqdır.
    “Allahın izniylə, çarəsiz deyilsiniz, Çarə SİZSİNİZ!”
    Ona görə ki, bu gün Azərbaycan Qarabağ uğrunda mübarizəsiylə misli görülməmiş bir Zəfəri tarixin səhifələrinə yazır və bu mübarizədə bizim də qatqımız var isə, ki, bu ziyarətimizi də buna bağlamaq olar”.

    5. Bu əhəmiyyətli gündə, professional bir jurnalist olaraq, azərbaycanlı jurnalistlərə AzadMedia.az vasitəsilə mesajınız nə olardı?
    İlk növbədə, azərbaycanlı jurnalistlər bunu etməlidirlər, yəni əlaqə vasitələri o qədər artdı ki, bu gün siz çox önəmli, çox dəyərli bir işə imza atırsınız. Bir internet mediası olduqca önəmlidir. Əlbəttə, yazılı media çox dəyərlidir, lakin İnternet mediası, məncə belə bir durumda, xəbərləri çatdırmaqda ən önəmli, ən sürətli, tam vaxtında yerinə yetirən funksional bir vasitədir.
    Buradakı jurnalistlər sosial mediada olduqca, aktiv olmalı, o balansı doldurmalı və dünya mediasına biz də varıq deməlidirlər, bu gün sizin etdiyiniz kimi. Çünki ermənilər bu gün bunu edirlər. Biz bunu görürük. Biz o diaspora qavramını elə bir nöqtəyə daşımalıyıq ki, hər sətrimiz diasporayı ifadə edəcək bir halda olmalıdır. Təkcə, siz bunu bu gün etməklə deyil, hər kəs bunu etməlidir, Azərbaycanda.

    O səbəbdən, AzadMedia.az olaraq, siz çox dəyərlisiniz. Bu səbəblə bu gün burada gerçəkləşdirdiyiniz fəaliyyət çox mübarək bir işdir. Və hər kəs bunu etməlidir.

    “Mən özüm də, jurnalistəm. Lakin deməliyəm ki, jurnalistlik artıq oturub xəbər yazmaqdan daha uzun yol qət etdi”

    6. Ustad jurnalist olaraq, mənə və timsalımda jurnalistlərimizə tək cümləylə nə deyərdiniz?

    “Tək cümləylə, mobil telefonlarınız yanınızda olmalı, mütləq görüntülü xəbər verməyə diqqət göstərməlisiniz”.
    Jurnalistika haqq qavramını yüksək tutmaqdır, əksi olarsa, çox sıxıntısı var bu işlərin. Türkiyədəki siyasətçilərlə əlaqələr qurmağınız lazımdır, sizin etdiyiniz kimi, onlarla fikir alış-verişində bulunmalısınız. Bu saydıqlarım olduqca, önəmlidir. Çünki biz bir-birimizi bəsləyirik, Ülkər xanım.

    7. TBMM millətvəkili olaraq, AzadMedia.az vasitəsilə, Azərbaycan əsgərinə mesajınız nə olardı?

    Millət vəkili İbrahim Aydemir, “Azərbaycandakı igidlərə mesajım budur, Türkiyədəki gənclər də, orta və hətda yaşlılarımız da orduya yazılmaq üçün sıra gözləyir. Hazır vəziyyətdə gözləyirlər, yəni.
    Allahın izniylə, dualarımızla onların arxasındayıq, həm də fiziki olaraq bütün gücümüzlə onların yanındayıq. Nə zaman ki, bizə ehtiyac olar, biz də, onlarla bərabər vuruşmağa hazırıq. Belə ki, igidliklərini orada davam etdirsinlər. Cənabi Haqq onların yardımçısı olsun. Allahın lütfü onlarla bərabər olsun..
    Qarabağ Azərbaycandır!



    8. AzadMedia.az – a arzunuz nə olardı?

    Millət vəkili İbrahim Aydemir, “Dediyim ki, bu gün siz çox mübarək bir iş həyata keçirirsiniz. AzadMedia.az-ın bütün əməkdaşlarına salamlarımı, sayğılarımı göndərirəm. Sizin qələminizdən oraya düşən hər qeyd bütün Türk dünyasına böyük bir qatqıdır. Təkcə Türk dünyasına deyil, eyni zamanda, bütün insanlıq adına yazılır. Bu gün sizin etdiyiniz işin çox dəyərli olduğunu bilmənizi istəyirəm.

    Az öncə də, qeyd etdim, Qarabağda verilən savaş mübarizəsi bütün insanlıq və məzlum duruma düşən millətlər adına verilir. Bu mərdliyin, mübarizəsidr. Qüdrətli Azərbaycan ordusunun qəhrəmanlıq mübarizəsi və mövqeyiniz, bütün dünyada məzlum millətlər, mütləq öz haqlarını alacaqlar mesajıdır!

    Onun üçün də, sizin AzadMedia.az vasitəsilə, adı da çox gözəldir, çox xoşuma gəldi eyni zamanda, Allahın izniylə elə bu adla yola çıxaraq, “Bütün məzlum millətlər Azad Olsun” duasını burda qeyd edirəm..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR