Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Grupunun Başqanı, Millət vəkili Şamil Ayrımla AzadMedia.az-da Qarabağdan danışdıq
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Grupunun Başqanı, AK Partiya İstanbul Millət vəkili Şamil Ayrım AzadMedia.az-ın qonağı olub.
Türkiyə Böyük Millət Məclisi AK Partiya İstanbul Millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Grupunun Başqanı Şamil Ayrım TBMM-nin Azərbaycan səfərində, AzadMedia.az-ın redaktoru Ülkər Piriyevaya Qarabağla bağlı xüsusi görüşünü bildirdi.
Türkiyə Böyük Millət Məclisinin başqanı cənab Mustafa Şentop başda olmaqla, sizi və sizlərlə bərabər hörmətli millətvəkillərimizi, bu gün Azərbaycanı ziyarətə gələn bütün Türkiyə Cumhuriyyətini xüsusilə, Azərbaycan Milli Məclisinin Millət vəkili hörmətli Məşhur Məmmədov adından və AzadMedia.az xəbər portalı olaraq, Azərbaycan mediası adına salamlayır, Azərbaycana xoş gəldiniz, deyirik..
QARABAĞ problemiylə əlaqədar Türkiyə prezidenti başda olmaqla, 83milyonluq Türk xalqının mənəvi dəstəyinin qürurunu, sevincini yaşayırıq. Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycan ordusu hər gün cəbhədə yeni-yeni qələbə, zəfər tarixi yazmaqda davam edir. Azərbaycan Ordusu ölkə tariximizin təqvimindən qara rənglə yazılmış rəqəmləri silib qəhrəmanlıq şücaətiylə şanlı zəfər tarixlərimizlə yerini qırmızı rəngə boyayır.
Qarabağ problemi 30 ilə yaxın bir vaxtdır ki, Minsk qrupunun masasında eləcə həll edilmədən qaldı və ən nəhayət qanqren problemə çevrilərək səbrimizi daşırdı.
Minsk grupu niyə 30 il boyunca, Qarabağ problemini gözlətdi və həll yoluna qovuşdurmadı?
Millət vəkili Şamil Ayrım, “Çox təşəkkür edirəm, əvvəla, sizin AzadMedia.az xəpər portalınıza çox təşəkkür edirəm. Çünki istər, Azərbaycan mediası, İstərsə də, Türkiyədəki yerli mediamız olsun, Azərbaycandakı- Qarabağdakı prosesləri başından bəri, olduqca həssaslıqla və doğru xəbər yayınlamaq yönündə, xüsusi fədakarlıqlar göstərirlər. Ona görə də, həqiqətən bu qədər əhəmiyyətli günlərdə, belə bir vacib işləri Azərbaycan mediası adına gördüyünüz üçün, mən sizə çox təşəkkür edirəm!”
Əlbəttə, Qarabağ problemi Qafqazların qanayan yarasıdır. Biz artıq illərdir ki, gözümü hər səhər bu problemlə açırdıq. Mən Azərbaycan əsilli bir ailənin övladıyam, elə ailəm də.
30 ildir niyə həll etmirlər?
Çünki həll etmək istəmirlər. Siz əgər, məsələnin həllini ABŞ, rusiya və Fransaya verərsəniz təbii ki, həll etməyəcəklər. Çünki saydığımız ölkələrdə, xüsusilə erməni lobbisi, diasporası olduqca güclüdür. Belə bir halda bu məsələninin əlbəttə ki, mümkün deytil. Nəticə etibarilə, ən son nöqtədə də bu məsləmnin şahidi olduq.
Beləliklə, 30 il boyunca nələr oldu..
Belə ki, dələrlə atəşkəs pozuldu, ermənilər günahsız insanlara qarşı terror aktları həyata keçirdilər, həqiqətən də, Gəncə şəhərindəki hadisələr də, səbri daşıran son damlalar oldu. Orda da, körpələr, qocalar, qadınlar bir sözlə günahsız dinc əhali öldürüldü. Bunları qəbul etmək mümkün deyil.
Zənnimcə, insan olan, qeyrətli olan, bu dünyada şərəfiylə yaşamaq istəyən heç bir millətin və dövlətin bu baş verənləri görməzdən gəlməsi mümkün deyil.
Türkiyə əvvəldən bu günə kimi Azərbaycanın bu haqlı və ədalətə dayanan davasında, yanındadır və bu belədə olacaqdır.
Cənab prezidentimizin də bildirdiyi kimi, "Azərbaycanın bu ədalətli və haqlı davasında hər bir halda yanındayıq və bu belə də olacaqdır."
Belə ki, biz bu səfərimizdə hörmətli Məclis Başqanımızla birlikdə, geniş heyət olaraq, 4 partiyadan millətvəkillərimizlə birlikdə gəldik. Azərbaycana olan bu səfərimiz yenidən bir dəstək və yenidən bir güc verək adına burdayıq.
İnanıram ki qələbə yaxındır. İnşaallah Qarabağa üç rəngli bayraq dikiləcək və biz növbəti reportajımızı sizinlə birlikdə Qarabağda edəcəyik.
Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, QARABAĞ AZƏRBAYCANDIR!
XƏBƏR – ÜLKƏR PİRİYEVA