19 oktyabr tarixində, Türkiyə Milli Məclisi (TBMM) Millət vəkilləri - AK Partiya
Ərzurum millət vəkili İbrahim Aydəmir, MHP Iğdır millət vəkili Yaşar Karadağ
Azərbaycan Milli Məclisinin deputatı Məşhur Məmmədovun qonağı olublar.
Görüş əsnasında, millətvəkili Məşhur Məmmədov, TBMM millətvəkilləri İbrahim
Aydəmirə və Yaşar Karadağa Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa
Şentopun başçılıq etdiyi nümayəndə heyətininin və Türkiyə Böyük Millət Məclisi
millətvəkillərinin Bakıya səfərindən məmnunluq duyduğunu bildirib.
Millətvəkili Məşhur Məmmədov, Türkiyəli millətvəkilləri ilə söhbəti əsnasında, bu
səfərin Azərbaycan dövləti və xalqımız üçün olduqca önəm kəsb etdiyini, xüsusi
məna daşıdığını, 83 milyonluq Türkiyə xalqının dəstəyinin Azərbaycan xalqı üçün
xüsusi önəm daşıdığını, ölkələrimizin beynəlxalq aləmdə bir-birinə ən yaxın olan
ölkələr olduğunu, həm Türkiyə Cumhurbaşkanı Rəcəb Tayyip Ərdoğan başda
olmaqla, TBMM sədri, nazirləri, millətvəkilləri və hər gün dünyaya verdiyi
açıqlamaların Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq və həmrəylik
münasibətinin təzahürü olduğunu vurğulayıb.
Millətvəkili eyni zamanda, qardaşlıq mövqelərinə və gəlişlərinə görə, Ərzurum
millətvəkili İbrahim Aydəmir və Iğdır millətvəkili Yaşar Karadağa səmimi
təşəkkürlərini ifadə edib.
Hər birimizə məlumdur ki, respublikamızın dilbər guşələrindən olan Qarabağ
füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı,
həm də nəfis xalçaları ilə dünyada tanınır.
Sonda, millətvəkili Məşhur Məmmədov Ərzurum millətvəkili İbrahim Aydəmir və
Iğdır millətvəkili Yaşar Karadağa Azərbaycan dekorativ tətbiqi sənətinin nadir
incilərindən olan, üzərində 8 guşəli türk dövlətlətlərinin rəmzi sayılan, dekorativ
naxışlı mini xalça hədiyyə etdib
Xatirə fotosu çəkilərək, görüş sona yetib.