AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva – “Ermənistan BMT-nin 1980-ci ildə qəbul edilmiş konvensiyasını pozdu"

  • + A
  • - A
  • 6-11-2020, 02:30

    AzadMedia.az-a açıqlama verən, Politoloq Ülkər Piriyeva – “işğalçı Ermənistan terrorizmi dəstəkləyən bir dövlətdir. Ermənistan BMT-nin 1980-ci ildə bəzi silah növlərinin qadağan olunması haqqında konvensiyasını pozdu” deyə bildirib.

    Bu gün, beynəlxalq aləm açıq-aydın bilir ki, işğalçı Ermənistan terrorizmi dəstəkləyən bir dövlətdir. Artıq Azərbaycanla Ermənistan arasında bir aydan çox bir müddətdir ki, müharibə getməkdədir. Hər gün yeni müharibə cinayətlərinə əl atan işğalçı Ermənistan məğlubiyyətini qəbul edə bilmədiyindən, yeni hərbi cinayətlər üçün zəmin yaradır.

    Demək olar ki, hər saat Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini ağır artilleriya atəşinə tutur. Belə ki, Ermənistanın Xarici İşlər Nazirliyinin də verdiyi açıqlamada, Azərbaycan mülki vətəndaşlarına qarşı yeni hərbi cinayətlər üçün zəmin hazırladıqları aydın şəkildə görünür.
    Lakin bu hərkəsə məlumdur ki, Azərbaycan multikultural bir ölkədir və ölkəmizin ayrı yerlərində yaşayan ermənilərin heç bir problemi yoxdur.
    Qeyd edim ki, işğaldan azad edilmiş ərazilərimizdə mülki insanın öldürülməsi barədə qondarma rejimin yaydığı məlumat növbəti dezinformasiyadır, fake məlumatdır.

    "Azərbaycanı Ermənistandan fərqləndirən əsas cəhətlərdən biri də odur ki, Azərbaycan mülki insanlarla savaş aparmır."

    Bu gün 28 il öncəyə qayıtmış olarsaq, əslində, bütün dünya o zaman susmuş olsa da belə, Azərbaycan xalqının başına gətirilən, Xocalı faciəsi nəyinki müsəlman aləminə, nəyinki türk dünyasına, bu soyqırım bütün insanlıq əleyhinə törədilmiş ağır cinayətin bariz nümunəsi olaraq, Ermənistanın siyasi-hərbi rəhbərliyinin əsil mahiyyətini nümayiş etdirmişdi. Belə ki, irqi ayrı-seçkilik əsasında, terror qaynağı olan Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə xalqımıza qarşı etnik təmizləmə törədilmişdir.

    Elə bu gün də, Bərdə, Tərtər, Gəncə, Mingəçevir və digər şəhərlərin mülki əhalisinin, o cümlədən azyaşlı uşaqların skad raket hücumları ilə, ağır artilleriya atəşləri və kasetli bombalarla qətlə yetirilməsi işğalçı Ermənistanın Xocalı soyqırımı siyasətinin davamıdır. Fərqlilik sadəcə və sadəcə istifadə olunan vasitələrdədir. Təəssüf ki, barbar erməni xislətində heç bir dəyişiklik olmadı. Əslində, Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığında elə birbaşa, mülki Azərbaycan əhalisinin hədəfə alınması müəyyən edilmiş hədəf və məqsədlərdən biridir. Əvvəl də, bu gün də, vətənimizin Dağlıq Qarabağ bölgəsində yaşayan mülki insanları üçün ən böyük təhlükə Ermənistanın kriminal xunta rejimi ilə yanaşı Ermənistanın özüdür. Lakin Ermənistan tərəfindən sivillərə qarşı müharibə cinayətlərinin törədilməsi və sonradan edilənlərə görə, Azərbaycanın günahlandırılması halları istisna edilməməlidir, təbii ki.. Dövlətimiz öz növbəsində, dəfələrlə, işğal olunmuş ərazilərimizdə yaşayan mülki erməni əhalisini ayıq olmağa, eyni zamanda, hərbi əməliyyatların getdiyi ərazilərdən kənar durmağa çağırıb və bu gün də bunu edirik, çünki bizim hədəfimiz mülki əhali deyil, bizim hədəfimiz ancaq və ancaq öz torpaqlarımızı işğaldan azad etməkdir.

    Lakin görünən o ki, doğrudanda, terror ölkəsi Ermənistan deməklə, yanılmırıq. Onlar öz məğlubiyyətlərini heç cürə qəbul edə bilmir. Erməni baş naziri güclü siyasi ledirimiz Cənab Ali Baş Komandanımızın qarşısında acizdir və cılızdır. Erməni əsgəri ər meydanında kişi kimi döyüşə bilmir, döyüş meydanında zəfər tarixi yazan müzəffər Azərbaycan Ordusunun – cəsur Azərbaycan əsgərinin qarşısında dayana bilmir və ən əsası yolun sonuna gəldiklərinin fərqində olduqları üçün, necə ki torpaqlarımızın bir çox yerlərində, obyektləri, evləri və s dağıdaraq, talan edərək, bombalayaraq qaçırlar, eləcə də, ağıllarına sadəcə bəhrə verən, təbii sərvətlərlə dolu olan yamyaşıl ərazilərimizi, torpaqlarımızı ağ fosforlu silahlarla zəhərləməkdən başqa bir şey edə bilməmələri, ən təbii və gözlənilən variant idi. Hansı ki, bu gün terrorçu Ermənistan Azərbaycan torpaqlarındakı məğlubiyyətinin acığına, çarəsizliyinə son çarələrdən birini gördüyü tərkibində ağ fosfor olan silahlardan istifadə edərək torpaqlarımızı zəhərləmə yoluna əl atıb. Ki bu ağ fosforlu silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış yerlərdə udulduqda son dərəcə zəhərlidir, bununla yanaşı, insan sağlamlığına ciddi mənfi təsir göstərə bilir. Bu növ silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur.

    Bununla da, işğalçı Ermənistan yeni hərbi cinayətlər üçün zəmin yaratdığını bütün dünyaya göstərmiş olmaqla kifayətlənmədi, hətda, BMT-nin qətnamələrinə əməl etmədiyi kimi, mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin 1980-ci ildə bəzi silah növlərinin qadağan olunması haqqında, yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında III Protokolu ilə qadağan edilməsi barədə qəbul edilmiş, konvensiyasını da pozmuş oldu.

    Qoy bütün dünya bilsin, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR