Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz "Twitter" səhifəsində yazıb.
O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: "Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur".
Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: "Bu cinayətlər cəzasız qalmayacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.