AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dünya artıq Azərbaycanın liderinin də, xalqın da, Ordunun da gücünü görüb” – Millət vəkili

  • + A
  • - A
  • 6-11-2020, 21:59



    “Azərbaycan Ordusu döyüş meydanında, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev də öz cəbhəsində tarix yazır. Prezidentin ard-arda xarici telekanallara müsahibələrinin hər biri onun yüksək siyasi və diplomatik peşəkarlağının bariz nümunəsidir”.

    Bu fikirləri Unikal.org-a açıqlamasınd Milli Məclisin deputatı İqbal Məmmədov səsələndirib.

    O bildirib ki, cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Belə ki, bir-birinin ardınca kəndlər, şəhərlər azad edilir, şanlı Azərbaycan əsgəri dövlət bayrağımızı işğaldan azad olunan torpaqlarımızda dalğalandırır:

    “Prezident İlham Əliyev Azərbaycanın şərtini elan edib. Ermənistan öz silahləlarını Azərbaycan torpaqlarından dərhal çıxarmalıdır. Biz hər hansı güzəştə gedə bilmərik. Bizim mövqeyimiz açıq şəkildə göstərilib. Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli Azərbaycana təqdim edilməlidir. Ermənistanın baş naziri şəxsən özü - bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, Azərbaycan müharibəni dərhal dayandırmağa hazırdır. Biz bunu bütün dünya ölkələrinə də elan etmişik ki, Azərbaycan öz torpaqlarında vuruşur və ərazi bütövlüyünü təmin etməyə çalışır”.

    Millət vəkili onu da qeyd edib ki, Ermənistan üçün ən yaxşı variant məğlubiyyətini qəbul etmək və yerdə qalan torpaqları boşaldacaqlarına dair üzərinə öhdəlik götürməkdən ibarətdir. Onun sözlərinə görə, Ermənistan hazırkı aqressiv mövqeyində davam edəcəksə, ən böyük itkini özü verəcək, necə ki, indiyə kimi verib: “Azərbaycan xalqı yumruq kimi birləşib. Hər kəs öz missiyasını yerinə yetirməlidir. Dünya artıq Azərbaycanın liderinin də, xalqının da, Ordusunun da gücünü görüb. Biz haqlı olduğumuz üçün də qələbə bizimlə olacaq”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR