AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev danışıqlar masasında, həm də hərb meydanında hansı məqamda nəyi necə etməyi çox yaxşı bilir

  • + A
  • - A
  • 24-10-2020, 19:12

    Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev danışıqlar masasında, həm də hərb meydanında hansı məqamda nəyi necə etməyi çox yaxşı bilir

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən, 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılıb.

    Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdır.

    Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

    Bu sevindirici xəbər həm də bütün vətəndaşıarımızda yenidən işğaldan azad edilmiş rayonlara möhtəşəm qayıdışın ümid işartıları oldu. Ali Baş Komandanın rəhbərliyilə Şanlı Azərbaycan Ordusu yeni qələbələr qazanır. Demək olar ki, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Bizim əsgərlər və zabitlər döyüş tapşırıqlarını şərəflə yerinə yetirir, uğurlu əməliyyatlar keçirərək, bir-birinin ardınca şəhərləri və digər yaşayış məntəqələrini işğaldan azad edir, strateji yüksəklikləri tuturlar. Uzun fasilədən sonra biz hamımız Azərbaycan əsgərinin doğma torpaqlarımızda bayrağımızı sancmasını qürurla müşahidə edirik.

    Cənab Prezident hər dəfə xalqa müraciətində və demək olar ki, hər gün “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkir.
    Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. İşğaldan azad olunan ərazilərə yol çəkilişi ondan xəbər verir ki, biz böyük qayıdışın astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlansın.

    Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucalır. Budur AZƏRBAYCAN PREZİDENTİNİN, DÖVLƏTİNİN, AZƏRBAYCAN XALQININ GÜCÜ!

    Cənab Ali Baş Komandanın dediyi kimi, “bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir”. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev danışıqlar masasında, həm də hərb meydanında hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır.


    Var olsun Ali Baş Komandan!

    Eşq olsun Azərbaycan Ordusuna!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR