BU GÜN DÖVLƏTİMİZİN KEŞİYİNDƏ GÜCLÜ LİDER VƏ QÜDRƏTLİ AZƏRBAYCAN ORDUSU DAYANIB
“Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz”!
İLHAM ƏLİYEV
GÜCLÜ LİDER, GÜCLÜ ORDU, GÜCLÜ DÖVLƏT!
Bu gün Azərbaycan Ordusu özünün şərəfli tarixini, elə əsl yüksəliş dövrünü yaşayır. Əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti hərtərəfli inkişaf etmiş güclü dövlət olduğu kimi, eyni zamanda, güclü də ordu yarada bilmişdir. Dövlətimizin Silahli Qüvvələrinin maddi-texniki bazası tamamilə yenilənmiş, ən müasir silah və texnika ilə təchiz olunmuş və bu proses bu gün də, böyük əzmkarlıqla davam etdirilməkdədir..
Əlbəttə ki, bu gün müasir, müstəqil dövlətimiz və onun rəmzlərinin keşiyində hər bir vətənini sevən azərbaycanlının sevdiyi qüdrətli Silahlı Qüvvələrimiz dayanıb. Hal-hazırda, dövlətimizin sərhədləri boyunca, eyni zamanda, müharibə vəziyyətində olduğumuz işğalçı Ermənistanın silahlı bölmələrilə üzbəüz mövqelərimizdə Azərbaycan əsgəri keşikdə dayanıb, döyüş növbəsi aparır. İgid övladlarımız - Azərbaycan əsgəri cəbhə bölgələrində həm dövlətimizi, həm də onun bayrağını müdafiə, mühafizə edirlər.
Hər bir Azərbaycan vətəndaşına bəllidir ki, qısa zaman kəsiyində Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Tez bir zamanda tam formalaşan və inkişaf edən qüdrətli Azərbaycan Ordusunun təməlini məhz, ulu öndər Heydər Əliyev olduqca dahiyanə və uzaqgörənliklə qoydu. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev elə prezidentlik dövrünün ilk günlərindən bəri ordunun inkişafına və döyüş qabiliyyətinin artırılmasına böyük diqqət göstərməktədir.
Keçmişdə qüdrətli Azərbaycan Ordusunun olması hər birimizin bəlkə də, ən böyük arzusu idi. Lakin bugünkü gündə bütün bunlar arzu yox, müstəqil Azərbaycan dövlətinin reallığıdır. Bu gün, biz vətəndaşların və ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandanımız əmr verərsə, torpaqlarımız hərb yolu ilə işğaldan azad edilsin. Təbii ki, ordumuzun bugünkü vəziyyəti onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən layiqincə gəlməyə tam şəkildə hazırdır. Çünkü ordumuz müstəqilliyimizi əbədi qorumaqla bərabər, Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etmək gücünə malikdir.
Çevik, güclü lider Ali Baş komandanımız və güclü ordumuz bu gün hər birimizin qürur mənbəyi və müstəqil dövlətimizin dayağıdır. Biz Ali baş komandanımıza və qüdrətli Azərbaycan ordusuna güvənirik və hər zaman yanındayıq..!ÜLKƏR PİRİYEVA - POLİTOLOQ
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR