Avropa və ABŞ koronavirus epidemiyasının mərkəzi olmağa davam edir. Avropa qitəsində hər 17 saniyədə bir nəfər virusdan dünyasını dəyişir.
Bunu ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bildirib.
Epidemiya səbəbindən səhiyyə ocaqlarının üzərinə böyük yük düşdüyünü deyən Kluge Avropada insanların 60 faizinin maska taxdığını, bu rəqəmin 95 faizə yüksələcəyi halda məhdudiyyətlərə ehtiyac qalmayacağını bəyan edib:
"Son bir neçə gün ərzində iki müjdə aldıq: peyvəndlər COVİD-19-u tamamilə dayandırmasa və bütün suallarımızı cavablandırmasa da, bu, virusa qarşı müharibədə böyük bir ümiddir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.