AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamenti: Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir

  • + A
  • - A
  • 15-11-2018, 10:41

    Avropa Parlamenti: Avropada istehsal olunan silahlar İŞİD-in əlinə keçir














    Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ölkələrində istehsal edilən silahların İŞİD-in əlinə keçməsindən narahat olduğunu bildirib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının silah ticarətinə nəzarət məsələsinə həsr olunan qətnaməsində bildirilir.

    “Avropa Parlamenti Aİ ölkələrində istehsal edilən böyük miqdarda silah və sursatın İraqda və Suriyada İŞİD yaraqlılarında aşkarlanmasından dərin narahatlıq keçirir”, – sənəddə qeyd olunub.

    Bildirilib ki, bununla bağlı Avropa Parlamenti Aİ ölkələrinin silah ixracını tənzimləyən 2008/944 nömrəli sənədin [silahların son istifadəçisinin hüquqlarına dair müqavilənin müddəalarını pozmaqla] silahların başqa ölkəyə göndərilməsinə dair bəndlərinə Bolqarıstan və Rumıniyanın əməl etmək istəmədiklərini nəzərə alır və bütün Aİ üzv ölkələrini silahların başqa ölkələrə, xüsusilə də ABŞ və Səudiyyə Ərəbistanına göndərilməsinə əngəl olmağa çağırır.

    Bununla yanaşı, Avropa Parlamenti Aİ-yə üzv ölkələri üçüncü ölkələrdə silahların lisenziya ilə istehsalını daha diqqətlə araşdırmağa, belə silahların arzuolunmaz istifadəsinə qarşı daha möhkəm zəmanətlər tətbiq etməyə çağırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR