Azərbaycan Dövlət Aqrar Universitetinə ağır itki üz vermişdir. Baytarlıq təbabəti fakültəsinin “Anatomiya, patanatomiya, patfiziologiya” kafedrasının dosenti Əliyev Ehkam İsax oğlu koronavirusa yoluxma nəticəsində dünyasını dəyişmişdir. Ehkam müəllim 1959 cu ildə Samux rayonunda doğulmuşdur. Kazan baytarlıq məktəbinin yetirməsi idi. Azərbaycan və rus dillərində tədris aparırdı, patoloji anatomiya üzrə MDB məkanında tanınmış alimlərdən biri idi. Bu sahə üzrə çoxlu sayda dərs və dərs vəsaitlərinin müəllifi idi. Savadlı alim, ziyalı insan, tələbələrin sevimli müəllimi, həmkarlarının hörmət etdiyi şəxsiyyət, gözəl ailə başçısı, dövlətini və xalqını sevən Vətən daşı və s bir alimin həyat portretinin əsas cizgiləridir.
Əziz dostlar, ADAU ailəsi adına hər birinizə, tələbələrinə, həmkarlarına, dostlarına, ailəsinə, Onu sevənlərə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirəm. Ehkam müəllimin əziz xatirəsini ürəklərimizdə yaşadacağıq.
Azərbaycan Dövlət Aqrar Universitetinə ağır itki üz vermişdir. Baytarlıq təbabəti fakültəsinin “Anatomiya, patanatomiya, patfiziologiya” kafedrasının dosenti Əliyev Ehkam İsax oğlu koronavirusa yoluxma nəticəsində dünyasını dəyişmişdir.
ADAU ailəsi adına hər birinizə, tələbələrinə, həmkarlarına, dostlarına, ailəsinə, Onu sevənlərə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyirəm. Ehkam müəllimin əziz xatirəsini ürəklərimizdə yaşadacağıq.
ADAU ailəsi adından
Universitesin rektoru İbrahim Cəfərov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.