AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün cənab Prezidentə yazılan təbriklər xalqın içdən gələn təşəkkürlərinin təcəssümüdür

  • + A
  • - A
  • 24-12-2020, 17:40

    Bu gün cənab Prezidentə yazılan təbriklər xalqın içdən gələn təşəkkürlərinin təcəssümüdür

    Bu gün bütün sosial şəbəkələr Qələbə abu-havasını, Şuşanın alanması günü keçirdiyimiz o sevincli günləri xatırladır bizə. Bu gün cənab Prezidentin doğum günüdür. Vəzifəsindən, sosial təbəqəsindən asılı olmayaraq bütün vətəndaşlar onu təbrik edir, ən səmimi arzularını bildirirlər. Bu, insanların, xalqın içdən gələn vəfa borcu, təşəkkür mücəssimısidir. Çünki cənab İlham Əliyev bütün xalqa xəyal qədər əlçatmaz görünən torpaqlarını qaytardı, çünki Ali Baş Komandan 30 il alnımızdakı utanc damğasına, ürəyimizdəki Qarabağ nisgilinə son qoydu. Fəaliyyətində həmişə vətəndaşlarının rahatləğının təminatının əsas rol oynadığını qeyd edən Prezidentimiz yenə əhdinə sadiq qaldı, yenə ad gününü xalqı ilə keçirməyə üstünlük verdi. Budəfəki ad gününü digərlərindən fərqləndirən qızıl hərflərlə adını Azərbaycan tarixinə yazan qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi hərbçilərlə işğaldan azad olunmiş torpaqıarda qeyd etməsidir cənab Prezidentin.

    Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş Qubadlıda çıxışı zamanı sözlərinə diqqət yetirək:
    "Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.

    Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar".

    Cənab Prezidentin də qeyd etdiyi kimi, bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır.

    Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan regionda daha güclü dövlətə çevriləcək, Azərbaycanın hərbi praktikasını çox ölkələr öyrənəcək! Azərbaycan xalqı fəxr edir ki, İlham Əliyev kimi Prezidenti var.

    Cənab Prezident, rəhbərlik etdiyim təhsil ocağı da həmişə diqqətinizlə əhatə olunub, sayənizdə yeni korpusu, yeməkxanası, yataqxanası tələbələrin ixtiyarına verilib. Rəhbərlik etdiyim kollektiv adından və öz adımdan doğum gününüzü təbrik edir, uzun ömür, can sağlığı arzulayıram.

    İbrahim Cəfərov
    ADAU-nun rektoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR