Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cənab İlham Əliyevin doğum günüdür!
2003-cü ildən başlayaraq, tam 17 illik uğurlu fəaliyyəti dönəmində Azərbaycan xalqının lideri cənab İlham Əliyev ölkəmizin davamlı inkişafı və rifahını təmin etmək üçün bütün həyati qüvvələrini, təcrübəsini və biliklərini bu yolda istifadə edir.
Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildən başlayaraq məhz, 44 gün ərzində Azərbaycan ərazilərini erməni təcavüzkarlarından azad etdi.
İndi üçrəngli bayrağımız 30 ildən sonra azad edilmiş torpaqlarımızda dalğalanır.
Onun bütün səyləri nəticəsində, güclü diplomatiyası və yüksək səviyyəli ordu quruculuğu sayəsində bütün bunlara nail olundu..
Və bu gün, vətənimiz Azərbaycan qlobal arenada öz layiqli yerini tutur.
Bu gün ən möhtəşəm gün - Prezidentimizin ad günüdür! Cənab Prezidenti səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və məsuliyyətli və eyni zamanda səmərəli dövlət fəaliyyətində ən xoş arzularımla bərabər uğurlar diləyirəm.
Cənab Prezident, Sizi AzadMedia.az xəbər portalı və AzadMedia TV başqanı hörmətli jurnalist Xəlil Xəlilov, qardaş Türkiyə Cumhuriyyəti adına Azərbaycan üzrə təmsilçisi olduğum qurumların - ASİAD iş adamları dərnəyi başqan hörmətli Yücel Yalçınkaya və bütün ASİAD rəhbərliyi adına, Avropa Gazeteciler dərnəyi başqanı hörmətli jurnalist Adnan Fişenk, Vatanhaberlerin.com, Birmagazin.com və Renk Gazetesi xəbər portalları başqanı hörmətli jurnalist Abdullah Yiğit, Sonnoktaber.com və Ülkem TV-nin başqanı hörmətli jurnalist Serdar Akyol, Tum1Haber.com xəbər portalı hörmətli jurnalist Hakan Dikmen və Bafra55.net, Barışmedya grup adına və başqanı hörmətli jurnalist Nihat Kale, Sebilürreşad dergisi başqanı hörmətli Fatih Bayhan, araştırmaçı-yazar və jurnalist hörmətli Mehmet Poyraz və TDSP - Türk Dünyası STK-lar Platformu başqanı hörmətli Serdar Şahin adından bir daha doğum gününüzü ürəkdən təbrik edir, AzadMedia.az xəbər portalı vasitəsilə onların ən xoş arzularını sizə çatdırıram..
Hörmətli Prezident, ölkəmizə rəhbərlik etdiyiniz üçün, Xalqımızın 30 illik nisgilini, torpaq, yurd həsrətini birdəfəlik sona yetirdiyiniz üçün sizə təşəkkür edirəm!
Və mən Azərbaycan vətəndaşı olmağımla bərabər belə bir şanlı Zəfər tarixinin bir parçası olmağımla qürur duyuram, Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm!
Cənab Prezident, ad gününüz mübarək!
Politoloq Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.