AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diaspor fəaliyyətində xidmətə görə təltif olundular

  • + A
  • - A
  • 30-12-2020, 21:05


    Yola salmağa hazırlaşdığımız 2020-ci il öz sələfi, 2019-dan dünyanı lərzəyə salan COVİD-19 virusunu qəbul edərək gəldi.
    Bütün bəşəriyyəti xilası barədə düşündürən bu virus çox nehrələrin yağını durultdu...
    Ümumbəşəri bu bəla Azərbaycanımız üçün də az fəsadlar vermədi. Birinci dalğaya mətinliklə sinə gərən Ölkəmiz gözünü açmamış Tovuz rayonu istiqamətində dövlət sərhədimiz Ermənistan hərbi birləşmələri tərəfindən hücuma məruz qaldı.
    Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu ermənilərin bu təxribatının qarşısını mətinliklə aldı.
    Sürprizləri ilə hər kəsi mat qoyan 2020 sentyabrın 27-də yenidən düşmən təxribatı ilə üzbəüz qoydu dövlətimizi.
    2016 aprel döyüşləri, 2020 Tovuz hadisələri, indi də bütün cəbhə boyu təxribat. Müzəffər ordunun Qalib komandanı İlham Əliyev cənablarının əks-hücum əmri ilə döyüşə atılan rəşadətli Azərbaycan ordusu 30 illik münaqişəni 44 günə həll etdi.
    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, başda Komitənin sədri Fuad Muradov olmaqla Azərbaycanlıların Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları həm 44 günlük Vətən Müharibəsi dönəmində, həm də 10 noyabr tarixli kapitulyasiya aktı imzalandıqdan sonra da, ölkəmizin haqlı mövqeyini müdafiə edib, erməni təxribatlarına bütün səviyyələrdə layiqli cavab verib, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımızın müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılmışdır.
    Koronavirus (COVID-19) pandemiyası dövrü göstərdi ki, Azərbaycan dövləti təkcə ölkə daxilində deyil, eyni zamanda xaricdə yaşayan azərbaycanlılara da böyük diqqət və qayğı göstərir. Bu dövrdə 8 mindən çox soydaşımıza maddi və texniki dəstək verilib, 10 minlərlə soydaşımızın isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı əsasında ölkəmizə təxliyyəsi həyata keçirilib.
    Vətənindən kifayət qədsər uzaqlıqda fəaliyyət göstərən Diaspor təşkilatları və fəalları ölkəmizin diaspor siyasətinə böyük töhfələr verib və verirlər də. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, başda Komitənin sədri cənab Fuad Muradov olmaqla Komitənin hər bir əməkdaşı öz vəzifələrinə məsuliyyətlə yanaşaraq Azərbaycan Respubliası Prezidentinin həm daxili, həm də xarici siyasətindən irəli gələn vəzifələri vahid komanda şəklində həll etməyə çalışırlar. Bu il 30 ölkədə yaşayan 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı və bir çoxları da təşəkkürnamələrlə təltif olunublar. Komitənin sədri cənab Fuad Muradova və əməyi keçən hər bir kəsə minnətdarlığımızı bildiririk.


    Elçin Əzəmmədov,
    Şimali Osetiya “Azərbaycanlılar Konqresinin”
    Mətbuat xidmətinin rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR