Ölkəmizin diaspor siyasətinə böyük töhfələr vermiş, 30 ölkədə yaşayan 92 nəfər, bu il “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 25.12.2019-cu il tarixli, 899 nömrəli Fərmanı ilə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif etmək səlahiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinə verilib.
Təltif olunan soydaşlarımız diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə həmin medala layiq görülüblər.
Təltif olunanlar arasında Şimali Osetiya-Alaniya Respublikasında fəaliyyət göstərən "Azərbaycanlılar Konqresinin" fəxri prezidenti Şahin Məmmədov da vardır.
Şahin Məmmədovu bu yüksək etimad münasibətilə konqresin sədri Murtuza müəllimin və konqres üzvlərinin adından təbrik edirik.
Elçin ŞÜKÜR,
Mətbuat xidmətinin rəhbəri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.