Türkiyə ilə Avropa İttifaqı arasında razılıq
Avropa İttifaqı liderlərinin Zirvə görüşünü Türkiyəyə uzadılmış əl kimi dəyərləndiririk və biz də buna qarşılıq veririk. Türkiyə hər zaman münasibətlərin sağlam inkişafında maraqlı olub".
AzadMedia.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Avropa İttifaqındakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında ifadə edib.
Brüssel səfərinin nəticələrini yüksək dəyərləndirən Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Kipr adasının türk icmasının maraq və mənafelərinin qorunması, Egey dənizində su sərhədlərinin beynəlxalq normalara uyğun müəyyən edilməsi və digər məsələlərdə haqlı mövqelərini qorumaqda qətiyyətlidir.
Nazir diqqətə çatdırıb ki, Avropa İttifaqı ölkələri ilə viza məsələsində mühüm müzakirələr aparılıb. O cümlədən Türkiyə-Aİ münasibətlərinin inkişafı üçün “yol xəritəsi”nin hazırlanması barədə razılıq əldə olunub.