AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Texniki Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə əməkdaşlığı davam etdirir

  • + A
  • - A
  • 26-01-2021, 16:12


    Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının (STP) rəhbərliyi ilə görüşüb. Görüşdə STP-nin Biznes Vahidləri və Müştərək şirkətlərin rəhbərləri də iştirak edib.
    Qonaqlar STP-nin Elektrik Avadanlıqları, Kabel və Dəqiq Emal zavodları ilə tanış olduqdan sonra, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıb. Məqsəd təhsil və istehsal müəssisələrinin əməkdaşlıq müstəvisini genişləndirmək, həmçinin birgə reallaşdırılacaq təşəbbüsləri intensivlərşdirməkdir.
    Görüşdə Azərbaycanda qeyri-neft sektorunun inkişafında tələbələrə verilən nəzəri biliklər əsasında təcrübənin genişləndirilməsi, eləcə də müasir innovasiyalar və yüksək texnolodiyaların tətbiqinin öyrənilməsi istiqamətində əməkdaşlığın zəruriliyi vurğulanıb. Təkcə kadr hazırlığı istiqamətində deyil, eyni zamanda tədrisin təşkili, elmi-tədqiqatların genişləndirilməsi məqsədilə əməkdaşlığın yeni imkanları və formatının hazırlanması barədə razılıq əldə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR