AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir

  • + A
  • - A
  • 27-01-2021, 23:53

    Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Prezident İlham Əliyev Aydın Kərimovu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin etdi və təyin olunması ilə bağlı A.Kərimovu qəbul edib onun qarşısında mühüm tapşırıqlar qoydu.

    Dövlət başçısı Şuşanın bərpa etidilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini vurğuladı, Şuşanın tezliklə bərpa olunacağını diqqətə çatdırdı:
    "Təbii ki, düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. Bildiyiniz kimi, Şuşaya gediş-gəlişin təşkil edilməsi üçün mənim Sərəncamımla yol çəkilir. Füzuli hava limanı inşa edilir və bu ilin sonuna qədər istifadəyə verilməlidir. Ondan sonra beynəlxalq uçuşlar təşkil edilməlidir. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir.

    Siz Azərbaycan Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə bu proqramı işləyin. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır".

    Dövlət başçısı həmçinin Şuşanın infrastrukturundan söz açıb və bildirib ki, şəhər infrastrukturu tamamilə yenilənəcək.
    Şuşa şəhərində daim azərbaycanlılar yaşayıb və təsadüfi deyil ki, Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bütün dünyanın diqqəti Azərbaycandadır

    Artıq bütün dünya bilir ki, Şuşa Azərbaycan şəhəridir. Bizim mütəfəkkirlərimiz, tanınmış bəstəkarlarımız Şuşa şəhərində yaşayıblar. Bunu heç kim təkzib edə bilməz, buna qarşı hər hansı bir arqument qoyula bilməz. Biz yenidən öz doğma Şuşamıza qayıdıb yaçayacağıq, Şuşanı daha da gözəlləşdirəcəyik.

    Şuşa Qarabağdır. Qarabağ Azərbaycandır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR