AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gənclərimizdə müasirlik, dinamiklik, kreativlik və coşqu var" - MÜSAHİBƏ MÜSAHİBƏ

  • + A
  • - A
  • 2-02-2021, 16:57


    2 fevral Gənclər Günü ilə əlaqədar AVP sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalının SİA-ya müsahibəsini təqdim edirik;

    - Gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə deyə bilərsiniz?

    - Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-ci il fevralın 2-də Gənclərin ilk forumu keçirildi və sərəncamla 2 Fevral Azərbaycan Gənclər Günü elan olundu. Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclər həmişə diqqət və qayğı mərkəzində olublar. Bu ənənə ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən də davam etdirilərək yüksək pilləyə qaldırılıb. Dövlətin gənclərimizə yaratdığı geniş imkanlar, onların cəmiyyətimizin bütün tərəflərində fəallığını stimullaşdırıb və əhəmiyyətli nəticələr əldə olunmasında ciddi rol oynayıb. Cənab prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2007-ci ilin "Gənclər ili" elan edilməsi dövlətimizin gənclərə verilən dəyərin ifadəsidir. Çox sevindirici haldır ki, Azərbaycan Gəncliyi Vətəninə, Dövlətinə, Xalqına bağlıdır. Azərbaycan Gəncliyində müasirlik, dinamiklik, kreativlik və coşqu var. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti" haqqında Azərbaycan Respublikasının Qanunun” ilə tənzimlənir. Xüsusi olaraq qeyd edim ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən islahatlarda gənclərə böyük etimad göstərilir.

    - Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı işlər görülür?

    - Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilməkdədir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissələrindəndir. Məlum olduğu kimi, gənclərin asudə vaxtı kifayət qədər çoxdur. Asudə vaxtdan səmərəli istifadə olunmadıqda gənclərin zərərli vərdəşlərə aludə olmasına səbəb olur. Gənclər siyasətinin mühüm prioritetlərindən biri gənclərin fiziki inkişafına yönəlib. Olimpiya idman komplekslərinin fəaliyyət göstərməsi, gənclərin idmana cəlb edilməsi fiziki inkişafın təmin olunmasında əhəmiyyətli təsirini göstərməkdədi. Eyni zamanda, asudə vaxtın səmərəli keçirilməsində yay məktəblərinin təşkili də böyük rol oynayır.

    - Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün hansı platformalar yaratmaq və ya tədbirlər həyata keçirmək olar?

    - Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün geniş imkanlar var. Bura həm idman tədbirləri, həm müxtəlif xarakterli görüşlər, seminarlar daxildir. Ölkəmizdə təşkil olunan çox sahəli tədbrilərdə Dünya gənclərinin iştrakı gənclər arasında beynəlxalq əlaqələri genişləndirir. Azvizion musiqi festivalı, "Avropa Oyunları", "Formula-1" kimi beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsi bu baxımdan xüsusi olaraq qeyd edilməlidir.

    - Sizcə, bu gün Azərbaycan gənclərinin əsas problemləri nələrdir?

    - Düşünürəm ki, bu fərdi sualdır. Və hər kəsə görə dəyişə bilər. Lakin daha çox nəzərə çarpan gənclərə psixoloji dəstək və onların davamlı olaraq işlə təminatıdır. Zənnimcə, valideynlər övladları ilə körpəlik, yeniyetməlik və gənclik illərində yaxın olmalı, onlarla dostluq münasibəti qurmalıdılar. Bu, gənclərimizdə psixoloji problemin yaranmasının qarşısının alınmasına ciddi təsir göstərərdi.

    - Azərbaycan gənclərinin Vətən Müharibəsində rolunu necə dəyərləndirirsiniz?

    - Azərbaycan Gəncləri istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya müharibəsində fəallıqları ilə seçildilər. Ön cəbhədə düşmənə qan udduran, işğal olunmuş torpaqlarımızın azad edilməsində igidlik və qəhrəmanlıq göstərən gənclərimiz, eyni fədakarlığı sosial şəbəkələrdə və informasiya məkanında nümayiş etdirdilər. Azərbaycan gəncləri Dövlətinə bağlılığı, Xalqına sədaqəti ilə seçilir. Bu, çox sevindirici və qürurvericidir.

    Fürsətdən istifadə edərək 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi ürəkdən təbrik edir, onlara sağlam ömür, uğurlu həyat arzulayıram.

    Müəllif: Aysel Məmmədova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR