Fevralın 14-ü Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulub.
Bununla bağlı Prezident İlham Əliyev Güləbird Su Elektrik Stansiyasının açılışı zamanı danışıb.
Ölkə başçısı bu dəmir yolunun çox böyük strateji əhəmiyyətə malik olduğunu deyib.
“İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı xatırladıb ki, noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.
“Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.