AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Hərbçilərə ikiqat pul ödənişi məsələsinə yenidən baxılmalıdır”

  • + A
  • - A
  • 23-02-2021, 12:20



    “Döyüş bölgəsində xidmət edən hərbçilərə ikiqat pul ödənişi həyata keçirilirdi. Ancaq hazırda ödəniş həyata keçirilmədiyindən bu məsələ cəmiyyətdə müzakirə edilir. Fikrimcə, bu məsələyə həqiqətən yenidən baxılmalıdır”.

    Bunu deputat Azay Quliyev parlamentdə deyib.

    O qeyd edib ki, döyüş bölgəsi məsələsiylə bağlı mövcud qanunvericilikdə də dəyişikliklər edilməlidir: “Hərbçilərimiz çox ağır, mövcud iqlim şəraitində xidmət edirlər. Ona görə də bu məsələylə bağlı qanunvericiliyə də dəyişiklik edilməlidir”.

    Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya məsələləri komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bununla bağlı qanun layihəsi müzakirə olunur: “Razılaşmalar əldə edildikdən sonra məsələni parlamentdə müzakirə edəcəyik”.

    Qeyd edək ki, dekabr və yanvar aylarında cəbhə bölgəsində xidmət edən hərbçilərin maaşı artımla verilmir.  Məsələylə bağlı Maliyyə Nazirliyi yanvarın 22-də yaydığı açıqlamada bildirmişdi ki, Müdafiə Nazirliyi ilə birgə ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bu barədə Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinə müvafiq sorğular edilib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq müvafiq maliyyələşmə ilə təmin olunacaq.

    “Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasında dəniz səviyyəsindən hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqına hündürlük 1 200 metrdən 1 500 metrədək olduqda 10%, 1 500 metrdən 2 000 metrədək olduqda 20%, 2 000 metrdən yuxarı olduqda isə 30% əlavə ödəniş hesablanır. Həmin əmsallar dağlıq ərazilərdə xidmət göstərən hərbi qulluqçulara da şamil olunur. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və  maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR