AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan üzr istədi

  • + A
  • - A
  • 1-03-2021, 20:20


    Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı rəhbəri olduğu hökumətin səhvlərinə görə bütün ermənilərdən üzr istəyib.

    “Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, 30 illik müstəqillik dövründə ölkə hakimiyyəti mümkün olan bütün səhvlərə yol verib. Həmçinin, son 2 il 10 ayda da bütün mümkün səhvlər edilib.

    “Söhbət hökumətdən, şəxsən məndən gedir. Mən bütün Ermənistan vətəndaşlarından, diaspor ermənilərindən səhvlərimə görə üzr istəyirəm”, - deyə Paşinyan bildirib.

    O qeyd edib ki, hökumət və özü tərəfindən edilən səhvlərin əsas səbəbi xalq sevgisindən “zövq almaları” olub:

    “Biz o qədər sevilirdik ki, bu xalq sevgisinə layiq olmaq üçün hər şeyin tam və ideal olmasını istədik. İdeal seçimlərin axtarışı isə bir çox hallarda fəaliyyətsizliyə səbəb oldu. Bəzən seçim pis və ən pis arasında olurdu”.
    Erməni mətbuatı Paşinyanın sözügedən nitqini həmişə olduğu kimi, şifahi deyil, vərəqdən oxuyaraq söyləməsinə diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR