Təhsil Nazirliyi martın 3-dən 9-dək Azərbaycanda təhsil müəssisəslərinin koronavirus infeksiyası səbəbindən bağlanacağı ilə bağlı məlumata münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bununla bağlı feysbuk hesabında yazıb:
“Xahiş olunur ki, ötənilki məlumatı bu ilə uyğunlaşdırmayasınız. Tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlərin virusla əlaqədar fəaliyyətini dayandıracağını yazıb.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.