Ermənilər Qarabağa qayıtmaq istəmirlər
Vaxtilə azərbaycanlı qonşularını qovan Qarabağ erməniləri ötən payızda İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra özləri qaçqın kimi çətin vəziyyətə düşüblər.
”Azadmedia.az “Vesti Kavkaza”ya istinadən xəbər verir ki, BMT-nin sifarişi əsasında 2021-ci il yanvarın 22-dən aparılan tədqiqatlar göstərir ki, “qaçqın vəziyyətində olan” erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15% isə ya Dağlıq Qarabağın iri şəhərləri - Xankəndi və Xocavəndə, yaxud da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.
Eyni zamanda, erməni qaçqınlarının 60%-nin başlıca qida mənbəyi birbaşa paylanan qidalardır. Münaqişənin nəticələrinə görə, onların 43%-nin uşaqlarının, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-nin təhsil almaq imkanı yoxdur.
Qaçqınların 73%-dən çoxu, eləcə də onlara ev sahibliyi edənlərin 49%-nin sözlərinə görə, münaqişə onların qida əldə etmək imkanlarını məhdudlaşdırır. Qaçqın ailələrinin təxminən 14%-i, qaçqınları qəbul edən ev sahibləri olan ailələrin isə 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Nəticədə, onlar qida rasionlarını azaltmaq məcburiyyətində qalırlar.
Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan razılaşma çərçivəsində rus sülhməramlılarının yerləşdirilməsinə başlanandan bəri 50 mindən çox erməni bölgəyə qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.