AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

  • + A
  • - A
  • 3-03-2021, 14:56

    İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

    “Dövlət Gömrük Komitəsi (DGK) 2 ayda büdcəyə əlavə 77,74 milyon manat köçürüb.
    Bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.
    O qeyd edib ki, ilkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 faiz əməl edib: "Nəzərdə tutulan proqnozdan əlavə 77,74 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub".
    Bu məlumat xəbər portallarında bu gün yayılan xəbərdi. DGK rəhbərlik etdiyim Media Qrupu ilə əməkdaşlıq etdiyindən demək olar ki, hər gün gömrük işçilərinin külli miqdarda pul, telefon, narkotik, hətta bəyannaməsiz ölkəyə keçirilməyə brilyantın cəhd edilməsi xəbərlərini oxuyur, işıqlandırırıq. Gömrük orqanlarında idarəçiliyin və fəaliyyətin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə institusional islahatların əhatə dairəsinin genişləndirməsinin nəticəsidir ki, bu da xidmət mədəniyyətinin yüksəldilməsində, xarici ticarət iştirakçılarında könüllü riayət prinsiplərinin formalaşdırılmasında mühüm rol oynayıb.

    Hazırda beynəlxalq təcrübədə gömrük orqanlarının etibarını qazanan şəxslərə münasibətdə sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi və digər imtiyazları özündə ehtiva edən müxtəlif proqramlar tətbiq olunur və bu proqramlar dövlətlə özəl sektor, gömrüklə biznes arasında qarşılıqlı etimad prinsiplərinə söykənən səmərəli əməkdaşlığın qurulmasına şərait yaradır.

    Gömrük orqanlarındakı islahatlardan danışarkən Prezident İlham Əliyevin fərmanına əsasən yaranan "Yaşıl dəhliz" sistemindən söz açmamaq mümkün deyil. Çünki "Yaşıl dəhliz" buraxılış sistemi vətəndaş-məmur təmasının minimuma endirilməsinə, sahibkarların əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, sərhədkeçmə proseslərinin sürətləndirilməsinə, şəffaflığın təmin olunmasına şərait yaradıb.

    Son vaxtlar gömrük sistemində tətbiq edilən yeniliklər maliyyə nəzarətinin gücləndirilməsinə, uçotun düzgün qurulmasına, ticarətin asanlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının həcminin artırılmasına şəriat yaratmaqla bərabər, gömrük orqanları tərəfindən dövlət büdcəsinə milyonlar qazandırır.
    Həyata keçirilən islahatlar ölkəmizin dinamik inkişafını təmin edir və bu islahatların beynəlxalq təşkilatlar, o cümlədən ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Dünyada müxtəlif dövrlərdə həyata keçirilən islahatlar, uğurlu inkişaf modelləri ilə ölkəmizdə tətbiq edilən yeniliklər, mütərəqqi idarəçilik metodları arasında müqayisələr aparsaq, Azərbaycanın inkişaf strategiyası hələki nümunədir.
    Bu qədər sadaladığım yüksək keyfiyyətlərə, uğurlara rəğmən DGK barədə mənfi rəy yaratmağa çalışanlar, olanları görməzdən gələnlər var. Kimdir bunlar? Əlbəttə ki, kölgə iqtisadiyyatını dəstəkləyənlər, hər yerdə özlərini nizam-intizamlı göstərib ilk fürsətdəcə qanunlara qarşı gəlib şəxsi mənafeyini qoruyanlar. Həmkarlarımı şəxsi mənafeləri naminə əldə olunan uğurlara kölgə salmamağa səsləyirəm. Unutmayaq ki, pandemiyadan ciddi zərər görmüş iqtisadiyyatımız gömrüyün qazandırdığı milyonlar sayəsində ayaqdadır. Qonşu ölkələrə nəzər salanda pandemiyanın əhalinin rifah halına az ziyan verdiyi ölkələr siyahısındayıq. Ulu öndər Heydər Əliyevin sözləri ilə fikrimi yekunlaşdırıram: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.
    Xəlil Xəlilov,
    AzadMedia.az Media Qrupunun rəhbəri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR