Dünyanın 60 minə yaxın təşkilat "Maykrosoft" proqramının zəifliyi səbəbindən Çindən olan bir qrup hakerin hücumuna məruz qalıb.
Azadmedia.az xəbər verir ki, bu barədə kibertəhlükəsizliklə bağlı araşdırmalar aparan "Huntress" şirkəti məlumat yayıb.
Hakerlər banklar, elektrik enerjisi təchizatçıları, qocalar evləri və dondurma istehsal edən şirkətlərin sistemlərinə daxil olmağa çalışıblar.
Çin hökuməti isə öz növbəsində ölkəni kiberhücumlarda ittiham edən media və şirkətlərdən sübutlar tələb edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.