AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yeni Nəsil 2.0” layihəsi Gəncədə!

  • + A
  • - A
  • 7-03-2021, 21:00


    Layihə çərçivəsində növbəti görüş Milli Məclisin deputatları Müşfiq Cəfərov və Naqif Həmzəyev, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Abbas Mikayılov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin rəhbəri Seymur Vəliyev (Gəncə Gəncləri), Gələcəyə Körpü|Bridge to the Future İctimai Birliyinin katibi Hüseynxan Hacızadə və Gəncə Maarif Evi İctimai Birliyinin təsisçisi İmamverdi Vəliyevin iştirakı ilə Gəncə şəhərində baş tutub.

    Görüşün məqsədi gələcək layihələr çərçivəsində sıx əməkdaşlığın yaradılması ilə yanaşı, Gəncə gənclərinin də bu layihələrə cəlb edilməsi olub.

    Milli Məclisin deputatı Müşfiq Cəfərov: “Həyata keçirəcəyiniz layihələr Gəncə gənclərinin inkişafı istiqamətində yeni imkanlar yaradacaq.”

    Milli Məclisin deputatı Naqif Həmzəyev: “Bu və bu kimi layihələr sayəsində gənclər təşəbbüskar olmağı və özlərində sahibkarlıq düşüncəsini formalaşdırmağı bacaracaq.”

    Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov: “Bu gün Gəncədə gənc təşəbbüskarları əhatə edən layihənin toplantısına ev sahibliyi etməkdən çox şadıq.”

    “Yeni Nəsil 2.0” layihəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Coca-Cola Fondu və USAID/Azerbaijanın dəstəyi, “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçirilir.














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR