AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva - "Ermənistandakı hökuməti xalq özü dəyişməlidir”

  • + A
  • - A
  • 11-03-2021, 08:28

    Politoloq Ülkər Piriyeva


    Ermənistan Baş Qərargah rəisi istefaya göndərildi. Halbuki Paşinyanı devirmək istəyirdi. Düşmən ölkədə siyasi vəziyyət stabilləşəcəkmi? Paşinyan üçün təhlükə sovuşdumu? Orda vəziyyətin sabitləşməsi Azərbaycana xeyirdimi?

    - Bəli, artıq 4aydır ki, Ermənistanda sular durulmur və orada vəziyyət kifayət qədər ciddidir. Təbii olaraq Paşinyan tərəfdarları və Paşinyan əleyhdarlarının açıq mübarizə aksiyası başlayıb, yəni, kim əhalinin daha çox hissəsini meydanlara çıxara bilir, əlbəttə bu açıq aşkar hiss olunur.

    Bəli Nikol Paşinyanın İskəndər raketi ilə bağlı açıqlamalarından sonra yaşanan hadisələr ölkədə bir neçə cəbhənin yaranmasına səbəb oldu. Belə ki, bu tərs siyasi qarışıqlığın olduğu bir vəziyyətdə, fürsətdən istifadə edən Ermənistan müxalifəti də, dırnağarası iqtidara qarşı mübarizəsini daha da gücləndirib. Etiraz aksiyalarıyla müxalifətçi liderlər silahlı qüvvələrin baş qərargahıyla Paşinyan arasında yaşanan vəziyyətdən hakimiyyətə gəlmək üçün istifadə etməyə çalışdıqları da aşkardır.

    Əslində, Paşinyan çoxdandır hakimiyyətdən gedib. Yəni Qarabağ Zəfəri ərəfəsində, xüsusilə Şuşanın alındığı gün Paşinyan hakimiyyətinin məğlubiyyəti artıq qaçınılmaz oldu və Paşinyan öz müqəddəratını həmin vaxtı təyin etdi.

    Ermənistanın istər siyasət və istərsə də Qarabağda olan rüsvayçı məğlubiyyəti elə həmin anlardan Ermənistanda bugünki vəziyyətin birbaşa ilk siqnallarını vermiş oldu.

    Belə ki, ermənistan xalqı artıq, Qarabağ Zəfərinə qədər bir vaxt ərzində, Paşinyanın onların başını boş vədlərlə qatdığını və bu məğlubiyyətin əsas mənbəyinin Paşinyanın yarıtmaz siyasətinin olduğunu anlamış oldu.

    Bu gün, erməni xalqının etiraz aksiyaları ilk növbədə, Paşinyanın özünün təhlükəsizliyinin əldən getdiyinin xəbərçisidir.

    Və onun bu tərz mübarizəsi də, sadəcə və sadəcə siyasi manevrdir ki, əlavə vaxt udsun. Bununla da o növbəti seçkilərə hədəflənmişdir. Bütün bunlar onun istər himayədarları və istərsə də özü tərəfindən hesablanmış addımlardır.

    O özü də, yaxşı bilir ki, hakimiyyətdən getdiyi halda, təbii ki meydanda müdafiəsiz qalacaq və belə olduğu təqdirdə, onun əleyhdarları olsun vəya həbs etdirdikləri olsun - Qarabağda olan rüsvayçı məğlubiyyət səbəbilə, qərb yönümlü Paşinyanın birbaşa istintaqa cəlb olunması üçün əllərindən gələni edəcəklər. Ancaq etiraz aksiyaları sırasında da bu gün artıq qərbin işartıları hiss olunur.

    Digər tərəfdən hələki Rusiyanın işə qarışdığını görmürük.
    Paşinyan heç də Rusiyanın istəyi doğrultusunda addımlar atmadı.
    Ancaq Rusiya belə bir vəziyyətdə heç də tələsmir. Tətbiq edəcəyi planı zamana yayır. Bunun səbəbi, həm beynəlxalq aləmdə əlini rahatlatmaq, həm də bölgə xalqının radikal səviyyədə diqqətini çəkməmək üçün.
    Lakin bu da bir reallıqdır ki, Rusiya Paşinyan yerinə özünə bağlı birinə üstünlük verəcəkdir.

    Hazırda, Paşinyan bu qədər etirazlara rəğmən, hakimiyyətdə qalib gəlmiş kimi görünsə də, Rusiya hədəfini gerçəkləşdirmək üçün bunu da zamana yayacaq. Çünkü Paşinyan üçün heç bir təhlükə sovuşmayıb, əksinə daha qarışıq durumlar bundan sonra gözlənilir..
    Zamanı gəldiyində hər birimiz görəcəyik...

    Bəli keçək Ermənistandakı vəziyyətin Stabilləşməsi Azərbaycana xeyirdimi sualınıza: Hər birimizə məlumdur ki, Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı, Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, İstər siyasət meydanında və istərsə də güclü ordusunun başında hər zaman öz sözünü deyən və xalqına verdiyi vədi mərdliklə yerinə yetirən Güclü Siyasi Liderimiz, hörmətli Prezidentimiz var və bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, öz in­ki­şaf yolu var.

    Bu danılmaz bir həqiqətdir ki, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən bir ölkədir. Biz bunu 44günlük Vətən müharibəmizdə və onun nəticəsi olan Şanlı Qarabağ Zəfərində görmüş olduq. Buna nəyin ki, qüdrətli xalqımız, bütün dünya şahidlik etdi.

    Təbii ki, hər bir xalqın taleyində, onun bəlli inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda bö­yük nüfuza malik liderə ehtiyac duyulur. 44gün ərzində, Ulu öndər Heydər Əliyev irsinin layiqli da­vam­çısı kimi Prezident İlham Əliyevin müəl­lif­liyi ilə müasir Azərbaycan tarixinin yeni bir şanlı səhifəsi yazıldı. Biz bunu ötən həftə, dünyanın dörd bir yanından yer alan jurnalistlərlə cənap prezidentimizin 4dildə verdiyi mətbuat konfransında da bir daha gördük.

    Cənab Prezidentin illərdir rəhbərliyi nəticəsində, ölkəmizdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, Azərbaycan Respublikası dünyanın sürətli inkişaf yolunda irəliləyən, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Qürurla qeyd edə bilərik ki, artıq keçid döv­rünü geridə qoyan dövlətimizin iqtisadi in­kişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qə­dəm qoymuşdur ki, bu mərhələdə də əsas məqsədlərdən biri uzunmüddətli perspektivə əsaslanaraq öl­kədə dinamik sosial-iqtisadi inkişafın davam­lı­lığını təmin etməkdir. Bu gün Ermənistanda baş verənlərin ölkəmizə təsiri ola bilməz, çünkü, həm ölkə daxilində gedən proseslər və həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çox­formatlı əlaqələrinin daim genişlənməsi demə­yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa­mət­dədir.

    Fikrimcə, erməni xalqı istər hakimiyyətdən və istərsə də, onun yalan vədlərindən bezmiş vəziyyətdədir, belə ki,

    “Ermənistandakı hökuməti xalq özü dəyişməlidir”


    Çünkü Paşinyan hakimiyyəti erməni xalqına verdiyi heç bir vədə əməl etmədi!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR