Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin artması ilə cəmiyyətdə karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı məlumatlar yayılır.
Bununla bağlı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqi də keçiriləcəyi deyilir. Ancaq bu günə qədər brifinqlə bağlı rəsmi heç bir məlumat yayımlanmayıb.
Azxeber.com sabah brifinqin keçirilib-keçirilməyəcəyi haqqında məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovla əlaqə saxlayıb.
Qurumun sözcüsü deyib ki, bu haqda dəqiq məlumatı yoxdur:
"Martın 13-də Operativ Qərərgahın brifinqi olması ilə bağlı məlumatım yoxdur. Brifinq olacaqsa, əvvəlcədən mətbuata məlumat veriləcək".
İbrahim Məmmədov karantin rejiminin sərtləşəcəyi haqda da məlumatlı olmadığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.