Aralıq dənizində İrana məxsus gəmiyə partlayıcı maddə ilə hücum edilib.
AzadMedia.az xəbər verir ki, İran mediası hücumun təşkil edildiyi gəmidə zədələrin əmələ gəldiyini yazıb.
“Avropaya gedən bir ticarət gəmisinə partlayıcı maddə ilə terror hücumu olub. Partlayıcı maddədən əmələ gələn yanğın nəzarət altına alınıb.
Gəmi heyəti zərər görməyib. Təqsirkarların müəyyənləşdirilməsi istiqamətində iş aparılır”, - məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.