AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Neftçi” məşhur futbolçunu Bakıya gətirdi

  • + A
  • - A
  • 13-03-2021, 08:20


    Azərbaycan Premyer Liqasının lideri “Neftçi” heyətini Yaponiya millisinin sabiq üzvü Keysuke Honda ilə gücləndirir.

    Təcrübəli futbolçu artıq Bakıya gəlib. Onu hava limanında klubun əməkdaşları qarşılayıb.

    Tərəflər arasında müqavilə imzalanması gözlənilir.

    Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) klublarında forma geyinib. 2020-ci ildə Braziliyanın məşhur “Botafoqo” klubunda çıxış edən Honda meydana çıxdığı 18 oyunda 2 qol vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR