Türkiyənin Şanlıurfa vilayətində silahlı hücuma məruz qalan muxtar həyatını itirib.
AzadMedia.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Siverek rayonunda baş verib. Zincirliçay məhəlləsinin muxtarı 51 yaşlı İlhan Kırtay naməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.
Silahlı insident zamanı ağır yaralanan muxtar xəstəxanada dünyasını dəyişib. Polis hadisəni törədən şəxsləri axtarır, faktla bağlı cinayət işi açılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.