AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirdən ermənilərin dağıtdığı məktəblə bağlı -AÇIQLAMA - FOTO

  • + A
  • - A
  • 17-03-2021, 10:31


    “Bu günlərdə ölkə başçısı cənab İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib”.

    Bu barədə Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” səhifəsində məlumat yayıb:

    “Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər.

    1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik ikimərtəbəli müasir tipli məktəb binası inşa edilib.

    Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir.

    Aşağıdakı fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR