Türk və Qətərli gənc sahibkarlar İnvestisiya Layihəsi üçün bir araya gəldi
AzadMedia.az xəbər verir ki, Türkiyəli iş adamı Efe Qazi Subaşı, Qətər və Türkiyədə investisiya layihələri həyata keçirir.
Abdullah Yiğit - Özəl xəbər
Türkiyə və Qətərdən olan gənc sahibkarlar “İnvestisiya Layihəsi” üçün qardaş ölkələr olaraq paytaxt Ankarada bir araya gəlib.
Türkiyəli sahibkar Efe Gazi Subaşı, Qətər Əmirin müavini Hemud Alabdullahın övladları, Qətərin gənc sahibkarları Əhməd Alabdullah və Samut Alabdullah ilə paytaxt Ankarada axşam yeməyində bir araya gəlib.
Qeyd edək ki, son zamanlarda, Türkiyə və Qətər arasında inkişaf edən iqtisadi, siyasi və mədəni əlaqələr baxımından hər iki ölkənin iş adamları tez-tez bir araya gələrək, hər iki ölkədə gərəkli layihələri həyata keçirmək üçün müəyyən fikir mübadiləsi edirlər.
Gənc sahibkar Efe Qazi Subaşı belə iş adamlarındandır.
Sahibkar, Qətər əmirinin müavininin övladları ilə paytaxt Ankarada görüşərək bir sıra iqtisadi əməkdaşlıq layihələrini müzakirə edib.
O eyni zamanda, hər iki ölkədə investisiya layihələri həyata keçirəcəklərini və bu istiqamətdə artıq bir sıra addımlar atıldığını ifadə edib.