AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qətər Səfiri- “Biz, həmçinin, uzun müddətdir, həll olunmayan bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”

  • + A
  • - A
  • 12-10-2020, 23:00

    “Qətər hər zaman mülki şəxslərə qarşı hücumları qınayır. Biz bir daha ifadə edirik ki, Qətər qardaş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

    AzadMedia.az-ın əldə etdiyi məlumata görə, bunu ermənilərin Gəncə şəhərində raket zərbəsi endirdiyi əraziyə baş çəkən diplomatlar arasında olan Qətərin Azərbaycandakı səfiri Faysal Abdullah Hamad Abdullah əl-Henzab deyib.

    Belə ki, diplomat bildirib ki, sülhü dəstəkləyən bütün ölkələr mülki əhalinin hədəfə alınmasını qınayır: “Biz, həmçinin, uzun müddətdir, həll olunmayan bu münaqişənin sülh yolu ilə həllini arzulayırıq”, - deyə səfir bildirib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR