Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvləri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilir:
İlqar Fəti-zadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Anar Əliyev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Həmçinin, bu sənədlə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamı ləğv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.