Azərbaycanda koronavirusa daha 1 187 yeni yoluxma qeydə alınıb, 306 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə
Azadmedia.az a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 245 490 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 232 534 nəfər müalicə olunaraq sağalıb, 3 339 nəfər vəfat edib, aktiv xəstə sayı 9 617 nəfərdir.
Son sutka ərzində 11 692, bu günə kimi ümumilikdə 2 768 149 test aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.