AzadMedia.az xəbər verir ki, Türkiyənin İstanbul Konvensiyasından ayrılması ölkədəki bəzi qruplar tərəfindən etirazla qarşılanıb, bəzi xarici dövlətlər də Türkiyəyə qarşı müxtəlif iddialar səsləndirib.
Belə ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi sözügedən məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada Türkiyənin İstanbul Konvensiyasından ayrılmasına səbəb kimi homoseksuallığı təbliğ edən qrupların Konvensiyanı manipulyasiya etməsi göstərilib.
Həmçinin qeyd edilib ki, Konvensiyadan ayrılma Türkiyənin qadına qarşı şiddətlə mübarizəsini yavaşlatmayacaq və ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaq:
“Bildiyimiz kimi, Türkiyə qadının cəmiyyətdəki statusunu qoruma və qadına qarşı şiddətlə mübarizə məsələsinə güclü bağlılığını göstərərək İstanbul Konvensiyasını ilk imzalayan ölkələrdən olmuşdu.
Qadın haqlarının gücləndirilməsi məqsədi daşıyan İstanbul Konvensiyası Türkiyənin ictimai və ailə dəyərləri ilə üst-üstə düşməyən homoseksuallığı normallaşdırmağa çalışan bir qrup tərəfindən manipulyasiya edilmişdir. Türkiyənin konvensiyadan ayrılma qərarı almasının səbəbi də bu manipulyasiyalardan qaynaqlanır.
İstanbul Konvensiyasi ilə bağlı ciddi narahatlığı olan tək ölkə Türkiyə deyil. Avropa İttifaqının 6 üzvü (Bolqarıstan Macarıstan, Çexiya, Latviya, Litva və Slovakiya) İstanbul Konvensiyasını qəbul etməyib. Polşa da homoseksual qrupların ictimai cinsiyyət haqqındakı fikirlərini bütün cəmiyyətə aşılama cəhdlərini səbəb göstərərək konvensiyadan ayrılmaq üçün addımlar atıb.
İstanbul Konvensiyasından ayrılmaq qərarı heç bir şəkildə Türkiyə Cümhuriyyətinin “qadınları qorumaqdan geri addım atdığı” anlamına gəlmir. Türkiyə anlaşmadan çəkilsə də, ailədaxili şiddətlə mübarizədən əsla geri addım atmayacaqdır.
Türkiyənin İstanbul Konvensiyasından çəkilməsinin prezident Ərdoğan hökumətinin tərtib etdiyi, dəstəklədiyi və həyata keçirdiyi qanun da daxil olmaqla qadına qarşı şiddətlə mübarizə kartının, təsirli və həqiqi tədbirlərin həyata keçirilməsi üzərində heç bir təsirinin olmayacağı unudulmamalıdır.
Türkiyə mart ayının əvvəlində açıqlanan İnsan Hüquqları Fəaliyyət Planı çərçivəsində ailədaxili siddət və qadına qarşı şiddətə qarşı mövcud tədbirlərin təsirini artırmaq üçün əlavə addımlar atacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.