“Avropa Birliyi (AB) Türkiyəyə miqrasiya müqaviləsi çərçivəsində vəd etdiyi 6 milyard avronu ödəməlidir”.
AzadMedia.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Aİ XİN rəhbərlərinin görüşünün ardından təşkil edilən mətbuat konfransında bildirib.
Siyarto Aİ ilə Türkiyə arasındakı əməkdaşlığın strateji əhəmiyyətinə diqqət çəkərək, bu gün Aİ ölkələrinin təhlükəsizliyinin birbaşa Türkiyənin təhlükəsizliyindən asılı olduğunu bəyan edib.
“Türkiyədə 4 milyon qaçqın var. Türkiyə onları saxlamağı dayandırsa və ya çıxmalarına icazə versə, Aİ misli görünməmiş bir böhranla qarşılaşacaq. Hər şeydən əvvəl Aİ əldə edilmiş razılaşma çərçivəsində Türkiyəyə vəd edilmiş 6 milyard avronu ödəməlidir”,- deyə Siyarto qeyd edib.
O, Aİ ilə Türkiyə arasında gömrük razılaşmasının yenilənməsinin vacibliyini də qeyd edib.
“Türkiyə dünyanın ən güclü iqtisadiyyatına malik 20 ölkəsindən biridir, bu səbəbdən bu təşəbbüslər də Aİ-nin maraqlarına cavab verəcəkdir”,- deyə P. Siyarto əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.