Azərbaycan-Pakistan əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub
Məşhur Məmmədov,
Milli Məclisin deputatıBu gün Pakistanın Milli Günü qeyd olunur. Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur. Bakıda Pakistan səfirliyi 1993-cü ildə açılmışdır. Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlamışdır.
Münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ilk ölkələrdən olmuşdur. Pakistan və Azərbaycan arasındakı mədəni irs, qlobal və regional məsələlərlə bağlı əməkdaşlıq dövlətlərarasi münasibətlərin yüksək səviyyədə oldugunu göstərir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Azərbaycan və Pakistan ortaq inanc və irsin möhkəm təməlləri üzərində qurulmuş yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Xatırladım ki, Pakistan Sovet İttifaqının süqutundan sonra müstəqillik əldə edən Azərbaycanı tanıyan ikinci dövlətdir. 2017-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin əsasının qoyulmasının yubileyi də qeyd olunub. Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələri səmimi münasibət və möhkəm təməllər üzərində qurulub. İllərdən bəri Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən icra olunan sosial və humanitar layihələr Birinci xanımın Pakistana olan səmimi münasibətinin təzahürüdür. Pakistanın Milli Günü münasibətilə qardaş Pakistan xalqına davamlı sülh, inkişaf və rifah üçün ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Pakistan hər zaman bir-birlərinə qarşılıqlı dost, qardaş dəstəklərini hiss edib, bu, həmişə belə olacaq.
Yaşasın Azərbaycan-Pakistan dostluğu, qardaşlığı!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR