AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-la Rusiya arasında münasibətlərin daha da pisləşir

  • + A
  • - A
  • 25-03-2021, 12:55


    AzadMedia.az xəbər verir ki, Baydenlə Putin arasında qarşılıqlı fəaliyyət axtarmaq çox çətindir. Nüvə təhlükəsizliyi sahəsində əməkdaşlıq davam edə bilər, amma Moskva tərəfindən nüvə şantajı çətin ki alınsın.

    Bunu rusiyalı siyasətçi Mark Feyqin deyib. Onun sözlərinə görə, Moskvanın razılaşmalara əməl edib-etməməsindən asılı olmayaraq, ABŞ xüsusilə sanksiyalar məsələsində hansısa kompromislərə getməyəcək. O, hazırda dünyada əsas nüvə gücünün Çin və ABŞ olduğunu bildirib:

    “Onlar arasında danışıqlar həlledici əhəmiyyət daşıyır. Moskva bu məsələdə ikinci dərəcəlidir. Onların nə etməsindən asılı olmayaraq ABŞ üçün əsas rəqib və ya tərəfdaş artıq Çindir”.

    Feyqin ABŞ-ın Moskvaya münasibətdə radikal addımlara gedib-getməyəcəyinin hələlik tapmaca olduğunu bildirib. Bununla belə o, ABŞ-la Rusiya arasında münasibətlərin daha da pisləşəcəyini söyləyib:

    “Moskvanın heç bir “kozırı” qalmayıb. O istədiyi hər şeyi deyə bilər. Putin dedi ki, gəlin telefonla danışaq. Ona cavab verdilər ki, bizim başqa işlərimiz var, biz məşğuluq”. Bu aydın şəkildə göstərir ki, Moskva artıq gündəmi müəyyənləşdirmir. Hər şey Vaşinqtonun mövqeyindən asılıdır. Kremlin təklif edəcək heç nəyi yoxdur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR