Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BƏƏ-nin Prezidenti Xəlifə bin Zayed Al Nəhyana və BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı verib.
O, görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.
Prezident İlham Əliyev bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.