Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə üzrə birinci yerdədir.
AzadMedia.az xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında deyilir.
Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadənin göstəricisi 78% təşkil edir. Gürcüstanda bu göstərici 43%, Ermənistanda isə 38%-dir.
Araşdırmada qeyd olunur ki, dünyada maska rejiminə əməl olunması üzrə fəallığın orta göstəricisi 62% təşkil edir.
Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.