AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski Krımın işğaldan azad edilməsi strategiyasını təsdiqlədi

  • + A
  • - A
  • 27-03-2021, 10:34



    Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Krımın işğaldan azad olunması və reinteqrasiyası strategiyasını təsdiqləyib.

    Bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

    Zelenskinin imzaladığı fərmanla qüvvəyə minən strategiyanın Ukrayna ordusunda və müdafiə sahəsindəki prioritetləri və hədəfləri müəyyənləşdirdiyi bildirilib.

    Açıqlamada Ukraynanın hərtərəfli müdafiəsinin BMT-nin Nizamnaməsində zəmanət verilən “hər bir ölkənin hücumu qarşısında özünü qorumaq hüququ” prinsipi ilə uyğun olduğu ifadə edilib.

    Strategiyanın Ukraynanın milli maraqlarını hərbi təhdidlərdən qorumağı hədəflədiyi vurğulanıb.

    Ukraynanın Avroatlantik bölgəyə inteqrasiyasına və NATO üzvlüyünə kömək edəcəyi, Ukraynanın beynəlxalq sülh, təhlükəsizlik əməliyyatlarında fəal iştirakının strategiya çərçivəsində nəzərdə tutulduğu qeyd olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR