Tibb üzrə fəlsəfə doktoru, tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.
V.İsmayıl qəzanın dünən baş verdiyini bildirib:
“Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı Jiquli nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.
Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.
Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə... Kəmər taxın - həyat qurtarır!”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.