“Hər bir Ermənistan vətəndaşı növbədənkənar seçkilər günü ölkədə olmalı və səsini verməlidir. Şəxsən mən özüm qarşıdakı seçkilərdə aktiv iştirak edəcəyəm”.
AzadMedia.az xəbər verir ki, bunu “MosArmİnfo”ya müsahibəsində Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan deyib.
“Bu gün vəziyyət, həqiqətən, son dərəcə çətindir. Hər bir Ermənistan vətəndaşı ölkədə olmalı, səsini verməlidir. İndi biz uçurumun kənarındayıq. Mən Ermənistana gedəcək və növbədənkənar seçkilərdə aktiv iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib?”, - deyə erməni milyarder bildirib.
Onun sözlərinə görə, Ermənistanda seçkilər üçün öz proqramını açıqlayacaq:
“Tezliklə hansı siyasi qüvvə ilə seçkilərə qatılacağımı açıqlayacağam. Hansı proqramla, kimlərlə razılaşdığımı, hansı komanda ilə qatılacağımı deyəcəyəm”.
Abramyan erməni diasporuna müraciət edərək onları da səsvermədə iştirak etməyə və birləşməyə çağırıb. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu deyib:
“Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır. Xalq düşünməlidir ki, səsini kimə və niyə verir. O deyirdi ki, xalqını sevir, bəs nə oldu? Xalqını, vətənini sevən adam onu heç vaxt ağ-qaraya bölməz”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.