Milli Məclisin iclasında deputat Əli Məsimli müharibə iştirakçılarının problemlərinə toxunub.
AzadMedia.Az-ın məlumatına görə, Ə.Məsimli deyib ki, müharibə iştirakçıları əlilliklə bağlı xeyli müraciət ünvanlayırlar.
“Onları get-gələ salanlar layiqli cəzalarını almalıdır”,-deyə Ə.Məsimli əlavə edib.
Millət vəkili Fazil Mustafa da bildirib ki, 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra da insanların statusu xeyli dəyişib və problemlər yaranıb:
“Əlliyin təyin olunması ilə bağlı atılan addımlarda problemlərin üzə çıxması insanlarda narazılığa səbəb olub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.