AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əməkdar mədəniyyət işçisi vəfat etdi

  • + A
  • - A
  • 7-04-2021, 11:50


    Əməkdar mədəniyyət işçisi Həsən Həsənov vəfat edib.

    AzadMedia.az xəbər verir ki, 71 yaşlı incəsənət üzvü uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişib.

    Məlumatı H. Həsənovun rəhbəri olduğu “Audiokitab” layihəsinin əməkdaşları sosial şəbəkədə yayıb.

    Qeyd edək ki, Həsən Həsənov müxtəlif illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Dövlət Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrında rəhbər vəzifədə olub. O, 2017-ci ildən “Audiokitab” layihəsinin rəhbəridir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR