AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Mahmudov: “Vaksinasiya barədə saxta sənədlərə görə ciddi cəzalar lazımdır”

  • + A
  • - A
  • 7-04-2021, 21:20


    Bəzi tibb müəssisələrində peyvənd vurulmasını təsdiq edən sənədin pul qarşılığında verildiyi barədə gəzən şayiələrin reallığa uyğun olmadığını düşünmək istərdim. Ancaq bu həqiqətdirsə, çox təəssüfedicidir. Dövlətimiz, əlaqədar qurumlar, tibb işçiləri gecə-gündüz koronavirusla mübarizə aparırlar. Bu cür mənfi hallar isə görülən bütün işlərə kölgə salır.

    Bunu Caliber.Az-a açıqlama verən Azərbaycan Milli Məclisi Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov son vaxtlar sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndlə bağlı saxta sənəd alan vətəndaşlarla əlaqədar məlumatların yayılmasına münasibət bildirərkən qeyd edib.

    O, pandemiya zamanı belə mənfi halların sosial şəbəkələrdə müzakirə edilməsinin tibbi baxımdan arzuedilməz olduğunu söyləyib.

    “Belə məsələlərdə kiçik bir həqiqət ehtimalı varsa, müvafiq qurumlar bu mövzuda tədbir görməlidir. Bu cür halların təkrarlanmasının qarşısını almaq üçün problemi araşdırmaq və günahkarları məsuliyyətə cəlb etmək lazımdır”, - deyə həkim bəyan edib.

    O, peyvənd prosesinin ölkə və ümumi əhali üçün əhəmiyyətini də vurğulayıb.

    “Unutmamalıyıq ki, peyvənd istənilən pandemiyaya qarşı mübarizədə qızıl açardır. Peyvəndin vaxtında və geniş miqyasda həyata keçirildiyi ölkələr və cəmiyyətləri firavan bir gələcək gözləyir”, - deyə R.Mahmudov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR